Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Mənzillərin qiyməti sürətlə ucuzlaşır-Bakıda

Bakıda mənzillərin qiyməti sürətlə ucuzlaşır

 

Bakıda daşınmaz əmlak bazarında qiymətlər 2017-cu ilin iyununda 0,59 faiz azalıb.

      Yenixeber.org Trend-ə istinadən xəbər verir ki, MBA Group konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib.

         Onun sözlərinə görə, bir ay ərzində torpaq, kirayə mənzil və kommersiya obyektləri bazarında qiymətlər artıb, təkrar və ilkin mənzillərin qiyməti, kommersiya obyektlərinin icarəsi azalıb: "İyunda köhnə mənzillərin kvadrat metrinin dəyəri 1 737 manatdan 1 614 manata qədər (7,24 faiz), ilkin mənzillərin kvadrat metri 1452-dan 1 432 manata (1,41 faiz), kommersiya obyektlərinin icarə qiyməti - bir kvadrat metr üçün 13,77 manatdan 13,57 manatadək azalıb. Eyni zamanda torpaq sagələrinin 100 kv. m. dəyəri 20 118 manat təşkil edib ki, bu da may ayının göstəricisindən 0,7 faiz çoxdur (20 105 manat). Kommersiya obyektlərinin bir kvadrat metrinin qiyməti 4,89 faiz artıb (2 926 manatdan 3 069 manata), mənzillərin icarə qiyməti isə bir kvadrat metr üçün 8,83 manatdan 8,92 manata, yəni 0,96 faiz artıb".

         Onun sözlərinə görə, ilin əvvəlindən bazarda ümumilikdə 0,56 faiz artım müşahidə olunur, halbuki bazarının ayrı-ayrı seqmentlərində göstəricilər azalma nümayiş etdirir: "Belə ki, ilkin və təkrar bazarda evlərin qiyməti müvafiq olaraq 5,12 və 9,45 faiz, torpağın qiyməti 4,52 faiz, kommersiya obyektlərinin qiyməti 19,91 faiz, mənzil və kommersiya obyektlərinin icarə qiyməti isə müvafiq olaraq 14,76 və 19,91 faiz azalıb".

 

      Nüsrət İbrahimov qeyd edib ki, ilkin mənzil bazarında qiymətlər il ərzində 23,27 faiz, təkrar mənzil 1,91 faiz, torpaq bazarında - 8,83 faiz artıb: "Ötən ilin iyun ayı ilə müqayisədə kommersiya obyektləri bazarında qiymətlər 17,4 faiz azalıb, mənzil və kommersiya obyektlərinin icarəsi isə müvafiq olaraq 8,58 və 4,67 faiz ucuzlaşıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam