Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Elektrik enerjisi almaq üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulma qaydaları dəyişdirildi

Elektrik enerjisi almaq üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulma qaydaları dəyişdirildi

 

Nazirlər Kabineti “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda dəyişikliklər edib.

Yenixeber.org: Trend-in məlumatına görə, qaydalara edilən yeni əlavəyə əsasən, sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” ilə müəyyən edilir.

Hazırda sifarişçi dedikdə enerji təchizatı müəssisəsinin enerji təchizatı şəbəkəsinə qoşulması nəzərdə tutulan tikinti obyektlərinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçı başa düşülür.

Qaydalara edilən digər dəyişikliyə görə, sifarişçi dedikdə həm də enerji təchizatı müəssisəsinin enerji təchizatı şəbəkəsinə qoşulması nəzərdə tutulan tikinti obyektlərinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçı da başa düşülür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam