Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Manat vəsaitlərini 20 illik kreditə yönəltmək məntiqsizdir” –Beynəlxalq Bankdan ipoteka kreditləri haqda

beynelxalq-bank-beynəlxaql-bank-abb-20-illik-ipoteka-kredit-azpolitika-infokristal-abşeron-yeni-həyat-renessans-melissa-park

 

“Uçot dərəcəsi 15% olduğu şəraitdə 10%-lə kredit vermək məntiqsizdir”

Xeberinfo.com:   Beynəlxalq Bank bir sıra tikinti şirkətləri vasitəsilə təklif etdiyi 20 illik ipoteka kreditini dayadırdıqdan sonra, mənzil satışları kəskin aşağı düşüb. Xəbər verdiyimiz ki, tikinti şirkətləri endirimlər və daxili kreditləri ilə yaranmış vəziyyəti az da olsa kompensasiya etməyə çalışırlar.

20 illik ipoteka kreditinin nə vaxt bərpa ediləcəyi tikinti şirkətləri ilə bərabər, alıcıları da maraqlandırır. Azərbaycan Beynəlxalq Bankından “Marja”nın sorğusuna cavab olaraq bildirildi ki, bu gün ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi hökumətin əsas prioritetlərindən biridir. Sərt monetar siyasət bu sabitliyin təmin olunması üçün zəruridir.Uçot dərəcəsinə yaxın faiz dərəcələri (15%) ilə qısamuddətli risksiz monetar alətlər olduğu halda, məhdud likvidliyə malik manat vəsaitlərinin uzunmüddətli (20 il), həm də yüksək kredit və digər risklər daşıyan 10%-li kredit qoyuluşlarına yönəldilməsi Bank tərəfindən ən azı irrasional qərar olardı (ağılla dərk edilə bilməyən, məntiqə uymayan, məntiqcə izah edilə bilməyən – Red).

Gələcəkdə makroiqtisadi göstəricilərdən asılı olaraq, bank ipoteka layihələrinin bərpasına qərar verə bilər. Bankdan o da bildirildi ki, mənzil krediti layihəsi çərçivəsində ABB ilə əməkdaşlıq edən MTK-lardan yaşayış sahəsinin alınması məqsədilə borcalana verilmiş kreditin müvafiq meyarlarla digər potensial borcalanların adına keçirilməsi mümkündür.

Qeyd edək ki, tikinti şirkətləri müştərilərinə Beynəlxalq Bankın yaxın günlərdə krediti bərpa edəcəyini bildirirlər. Artıq bir sıra tikinti şirkəti öz Facebook səhifəsində bu barədə müştərilərə cavablar yazırlar.

Qeyd edək ki, Beynəlxalq Bank 20 illik ipoteka kreditini illik 10%-lə təklif edirdi. İlkin ödəniş isə bəzi layihələrdə mövcud deyildi, bəzi layihələrdə isə 10% təşkil edirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam