Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“Dolların məzənnəsi 10% artacaq” –Baş valyuta analitiki

dollar faiz azpolitika

Qlobal maliyyə bazarı ABŞ dollarının kəskin möhkəmlənməsi tendensiyası ilə üzləşə bilər. 

Xeberinfo.com:   “Rambler” portalına istinadən xəbərə görə, bu proqnozla ABŞ-ın “Citigroup” maliyyə holdinqinin baş valyuta analitiki Stiven Enqlander (Stiven Englander) çıxış edib.

Onun sözlərinə görə, əgər ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 1980-ci ildən bəri ən geniş iqtisadi stimullaşdırma proqramının həyata keçirilməsinə nail olarsa, dollar qlobal valyuta bazarında güclənəcək. Qeyd edək ki, Trampın seçkiöncəsi kampaniyasında səsləndirdiyi prezident proqramında yalnız nəqliyyat infrastrukturunun inkişafına 550 mlrd. dollar investisiya qoyulacağı bildirilib.
“Bloomberg” agentliyi isə qeyd edir ki, S.Enqlanderin fikrincə, Tramp və Konqres ABŞ iqtisadiyyatının stimullaşdırılması proqramını həyata keçirə bilsə, dolların məzənnəsinin avro və yenə qarşı 10%-dən çox möhkəmlənə bilər. Nəticədə, avro dollarla müqayisədə 90 sentə düşə, Yaponiyada isə dollar 130 yenə yüksələ bilər: “Trampın proqramı Ronald Reyqan dönəmindən sonra ABŞ üçün ən böyük fiskal “şok” ola bilər”.
Xatırladaq ki, D.Tramp yanvarın 20-də keçiriləcək inauqurasiyadan sonra rəsmən prezidentliyə başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam