Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“1 dollar 2.50 manata qədər bahalaşacaq” -Vüqar Bayramov

 

Mərkəzi Bank 2015-ci il dekabrın 21-də “üzən  məzənnə” siyasətinə keçidi elan etsə də, inzibati müdaxilələr hələ də davam edir. Rəsmilər hələ də manatın həqiqi bazar qiymətini almadığını bildirirlər. Bəs manatın real bazar qiyməti neçədir? Proses hansı həddə qədər davam edəcək?

 

Xeberinfo.com:   Modern.az-ın bu qəbildən olan suallarını iqtisadı Vüqar Bayramov cavablandırıb.

 

“Qara bazar”da 1 dollar 1.92 manatdır

 

V.Bayramov bildirib ki, hələlik manatın bazar dəyəri müəyyənləşməyib:

“Ona görə müəyyənləşməyib ki, Mərkəzi Bank “üzən məzənnə”yə keçdiyini elan etsə də, mövcud siyasətin bazara təsir imkanları məhduddur. Yenə də rəsmi məzənnə var. Rəsmi məzənnə ilə bazar məzənnəsi arasında 4 faizlik marj tətbiq edilir. Belə olan təqdirdə bazarın məzənnəyə təsir imkanları məhdudlaşır. Bu isə “qara bazar”ın daha da genişlənməsinə gətirib çıxarır. Təəssüf ki, bu gün “qara bazar”da 1 dolları almaq üçün 1 manat 92 qəpik ödəmək lazım gəlir. Bu da ondan xəbər verir ki, əslində “qara bazar”da bankların təklif etdiyi, amma satmadığı məzənnə arasında kəskin fərq var”.

 

Rusiya və Qazaxıstan pulu ən çox möhkəmlənən 5 valyuta sırasında

 

Ekspert ölkəmizlə təxminən eyni aqibəti yaşayan ölkələrdə vəziyyətin stabilləşdiyini açıqlayıb:

“2014-cü ilin sonu 2015-ci ilin əvvəllərində “üzən məzənnə”yə keçidin tərəfdarı olduğumuzu bildirmişdik. Həmin dövrdə Rusiya və Qazaxıstan “üzən məzənnə”yə keçdi. 2016-cı ilin yekununda hər iki ölkənin valyutası dünyada ən çox möhkəmlənən beş valyutadan ikisi oldu. Çünki hər iki ölkə vaxtında “üzən məzənnə” siyasətini tətbiq etdi və bazarda təklifi artıraraq əks dollarlaşma prosesinə başlaya bildi”.

 

“Azərbaycanda dollarlaşma ən yüksək həddədir...”

 

“Mərkəzi Bankın mövcud siyasəti əks dollarlaşmaya keçməyə imkan vermir. Çox təəssüf ki, bank bu siyasəti hələ də davam etdirir. Bu siyasət davam etdikcə, manatın bazar məzənnəsini müəyyən etmək xeyli çətinləşir. Çünki artıq Mərkəzi Bankın tənzimlənən siyasəti əks dollarlaşma siyasətinə keçməyə imkan vermir. Artıq dollarlaşma səviyyəsi 90 faizə qədər yüksəlib ki, bu da dünyada ən yüksək göstəricidir”

 

“1 dollar 2.50 manata qədər bahalaşacaq”

 

İqtisadçının sözlərinə görə, hazırda manatın real bazar dəyərini də müəyyənləşdirmək çox çətindir:

“Nəzərə almaq lazımdır ki, hərraclarla bağlı məlumatlar qapalıdır, yalnız ayın yekununda açıqlanır. Məlumatlar ictimaiyyətə elan olunmadığı üçün yenə də bazar dəyərinin müəyyənləşdirilməsində çətinliklər var. Əslində Mərkəzi Bank hər bir hərracdakı məlumatları ictimaiyyətə şəffaf şəkildə elan etməlidir.

Bizim qiymətləndirmələrimiz göstərir ki, liberal məzənnə siyasətinə keçid baş verərsə, 1 dollar 2 manat 20 qəpiklə 2 manat 50 qəpik arasında dəyişə bilər.

Bu, Mərkəzi Bankın prosesə hansı səviyyədə hazırlaşmasından asılı olacaq. Mərkəzi Bank müxtəlif metodlardan istifadə edib bazar təklifi yaradaraq, əks dollarlaşma prosesinə start verəcəksə, o zaman manat nisbətən az dəyər itirəcək. Mövcud siyasət saxlanılmaqla birdən liberal məzənnə siyasətinə keçəcəksə, o zaman manat sıçrayışlı dəyər itirəcək.

2015-ci ildə Mərkəzi Bankın iki dəfə devalvasiyaya getməsi doğru addım deyildi. Nəticədə milli valyutaya olan inam tamamilə itirilib. Bu isə liberal məzənnə siyasətinə keçidlə bağlı ciddi problemlər yaradıb. Liberal məzənnə manatın bazar müəyyənləşdirilməsi deməkdir. Bu zaman bazar tarazlığı yaranır və kurs bazardakı tələb və təklifə uyğun olaraq müəyyənləşdirilir.  Bu baxımdan hazırlıqsız olaraq liberal məzənnəyə keçid manatın yenidən böyük dəyər itirməsinə gətirib çıxaracaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam