Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyədən gələn mallar ucuzlaşacaq

Lirənin ucuzlaşması Türkiyədən Azərbaycana idxal olunan məhsulların maya dəyərinin azalması deməkdir.

Xeberinfo.com:   Sputnik-in verdiyi məlumata görə, bu haqda iqtisadçı-ekspert Rəşad Həsənov söyləyib: "Hazırda Azərbaycan bu məsələdə daha avantajlı mövqeyə malikdir. O baxımdan ki, Türkiyədən Azərbaycana idxal kifayət qədər çoxdur. Xüsusilə, yüngül və yeyinti sənayesi məhsulları sahəsində. Bu məhsulların maya dəyərinin aşağı düşməsi, son nəticədə daha aşağı qiymətlərlə satışın təşkili nəticəsində əhalinin onsuz da zəifləmiş istehlak qabiliyyətində müəyyən dirçəlişə səbəb ola bilər".

"Türkiyə iqtisadiyyatı bu kimi dalğalara alışıb. Türkiyədə bu, ilk dəfə deyil baş verir. Türkiyə öz məhsullarını uzunmüddətli dövrdə anbarlarda saxlamayacaq. Lirənin ucuzlaşması Türkiyənin ixrac imkanlarını genişləndirir. O cümlədən Türkiyədən Azərbaycana daxil olan məhsulların maya dəyərini aşağı salır. Digər bir məsələ odur ki, bu gün Türkiyədə biznes sahəsində, əmək bazarında sıravi işçi kimi fəaliyyət göstərən azərbaycanlılar çoxdur. Lirənin ucuzlaşması son nəticədə həmin insanların gəlirlərinə mənfi təsir göstərə bilər", — mütəxəssis bildirib.

Digər iqtisadçı-ekspert Natiq Cəfərlinin dediyinə görə, Türkiyədən gələn məhsulların qiymətinin artması ehtimalı var: "Çünki lirə ilə satış həyata keçirilsə də, müəyyən itkilərini qarşılamaq üçün istehsalçılar qiymətlərin artırılmasına üstünlük verirlər. Azərbaycan manatının da dollar qarşısında son vaxtlar zəifləməsini nəzərə alsaq, bu baxımdan Türkiyədən gələn məhsulların Azərbaycan manatı ekvivalentində daxili bazarda satış qiymətlərində artım müşahidə olunacaq".

Onun fikrincə, Türkiyədən gələn məhsulların yaxın gələcəkdə qiymətinin artmasını müşahidə edəcəyik. Amma bunun da bir həddi var: "Çünki Azərbaycanda alıcılıq qabiliyyəti də xeyli dərəcədə zəifləyib. Qiymətlərin kəskin artması iş adamlarına da ciddi şəkildə sərf etməyəcək. Çünki gətirdikləri məhsulların satışında problemlər yaşanacaq. Ona görə də bir müddət çalxalanmalar, qiymətdə ciddi fərqlər yaransa da, bir müddətdən sonra qiymətlərdə müəyyən stabillik yaşanacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam