Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Adambaşına 783 dollar borcumuz var

dollar2016-cı il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə imzalanmış sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği 7,6 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur.

Xeberinfo.com:   Bu barədə 2017-ci ilin büdcə layihəsində deyilir.

Layihədə qeyd olunur imzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in 20,0 faizini təşkil etmiş, adambaşına düşən xarici dövlət borcu isə 782,6 ABŞ dolları olmuşdur.

Ölkəyə cəlb edilmiş kreditlərin 39,2 faizini sabit dərəcə ilə olan kreditlər, 60,8 faizini isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil etmişdir. İmzalanmış müqavilələrə uyğun olaraq, xarici dövlət borcunun 53,2 faizi 10 ilə qədər olan müddətdə, 41,2 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 5,6 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır

2017-ci il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 1 milyard 768,8 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2016-cı illə müqayisə 6,3 mln. manat və ya 0,4 faiz azdır.

Xarici dövlət borcunun ümumi daxili məhsulda olan nisbətinin artması ilk növbədə ümumi daxili məhsulun ABŞ dolları ifadəsində mütənasib şəkildə azalması, xarici borcun isə xarici valyutada ifadə olunmaqla sabit qalması ilə izah olunur.

Eyni zamanda, qeyd edilməlıdır ki, bir sıra iri dövlət şirkətlərinin xaricdən götürdükləri borclara xidmət etmək iqtidarında olmamaları, habelə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq dövlətə məxsus Beynəlxalq Bankın sağlamlaşdırılması tədbirlərinin davam etdirilməsi dövlət büdcəsi üzrə əlavə borc yükünün və öhdəliklərinin yaranmasını istisna etmir. Digər tərəfdən, iri transmilli layihələrin həyata keçirilməsinin maliyyələşdirilməsində Azərbaycanın iştirakı ölkənin xarici borclanmaya getməsini labüd edir.

 

Azərbaycan Respublikasının 2017-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 500 milyon manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 10 milyard manat məbləğində proqnozlaşdırılmışdır. (Marja)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam