Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Azərbaycan neft hasilatını dondurmağa razıdır”

rovneqabdd

Azərbaycan 27-28 sentyabrda Əlcəzairdə neft hasil edən ölkələrin qeyri-formal görüşündə müvafiq qərar qəbul ediləcəyi təqdirdə neft çıxarılmasını müəyyən səviyyədə dondurmağa razıdır.

Xeberinfo.com:  “İnterfaks”a istinadən xəbərə görə , bunu SOCAR prezidenti Rovnaq Abdullayev deyib.

“Neft çıxarılmasının müəyyən səviyyədə dondurulması barədə öz mövqeyimizi biz hələ OPEK ölkələrinin və kartelə daxil olmayan ölkələrin aprel iclasına qədər ifadə etmiş və buna razı olduğumuzu bildirmişdik. OPEK ölkələrinin Əlcəzairdə keçiriləcək qeyri-formal görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək”, – deyə R.Abdullaev bildirib.

Bununla birlikdə o qeyd edib ki, dünya bazarında neftin qiymətini OPEK-dən daha çox şist nefti ilə məşğul olan Amerika neft şirkətləri və Amerika bankları müəyyən edir.

Xatırladaq ki, OPEK-in və Rusiya da daxil olmaqla neft çıxaran digər ölkələrin hasilatın məhdudlaşdırılması ilə bağlı əvvəlki cəhdləri uğursuz olub. Aprel ayında keçirilən Doha danışıqlarının gedişatında Səudiyyə Ərəbistanı təkid edirdi ki, OPEK-in qalan üzvləri ilə yanaşı İran da hasilatı dondursun, ancaq Tehran bundan imtina etdi, çünki beynəlxalq sanksiyaların ləğvindən sonra neft ixracının həcmlərini təzəcə bərpa etməyə başlamışdı…

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam