Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Torpağın qiyməti 10 faiz bahalaşacaq”

 

“2014-cü ilin ilk 4 ayında paytaxtın torpaq bazarında 5% bahalaşma yaşanıb”. 

 

"xeberinfo.com":Bunu  açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ilkin proqnozlar göstərir ki, cari ilin sonuna qədər Azərbaycanın torpaq bazarında 10%-ə yaxın qiymət artımı qeydə alınacaq: “Ötən il isə bu rəqəm 12% təşkil edib. Azərbaycanın torpaq bazarında bahalaşma əsasən, 2012-ci ildən etibarən müşahidə olunur. Torpaq bazarında qiymət artımlarının yaşanmasının əsas səbəblərindən biri, torpaq bazarında torpaq qıtlığının yaşanmasıdır. Paytaxt Bakıda və ətraf ərazilərdə yararlı torpaqların böyük qismi artıq satılıb. Hazırda torpaqların bazarda təkrar satışı həyata keçirilir, tələb çox, təklif isə azdır. Eyni zamanda konpensasiya qarşılığında vətəndaşlara məxsus tikililərin sökülməsi də torpaq bazarında qiymət artımına səbəb olur. Belə ki, konpensasiya alan vətəndaşların 70%-i torpaq və ya həyət evləri almağa üstünlük verir. Bu da torpaq bazarında torpaq qıtlığına və qiymətlərin bahalaşmasına yol açır. Bundan başqa Azərbaycanda mənzil bazarında qiymətlər bahadır. Vətəndaşlar bir otaqlı mənzil almaq əvəzinə, həmin məbləğlə paytaxtdan kənarda torpaq sahəsi alaraq 4 otaqlı yaşayış evi tikdirməyə daha çox önəm verirlər”.

Mənzil bazarında yaşanan qiymət artımları barədə danışan ekspert bildirib ki, bu sahədə ən çox qiymət artımı cari ilin yanvar-fevral aylarında baş verib: “Mart-aprel ayında isə bu bazarda qiymət artımı sahəsində nisbətən səngimə müşahidə olunub. Belə ki, mənzil bazarında yanvar-fevral ayında 2,3%,  mart ayında 1,5%, aprel ayında isə 1%-ə yaxın bahalaşma olub. Ümumilikdə cari ilin ilk 4 ayında mənzil bazarında 6% qiymət artımı yaşanıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam