Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Daşınmaz əmlak bazarında qiymətlər sabitləşəcək

Bakının daşınmaz əmlak bazarında qiymətlər 2016-ci ilin may ayında faktiki olaraq sabit qalıb.

Xeberinfo.com:  Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, dollarda qiymətlər aprel ayı ilə müqayisədə 0,11 faiz azalıb, manatla ifadədə isə qiymətlər dəyişməyib ki, bu da bazarın sabitləşməsinə təsir göstərir: "İlkin mənzil bazarında qiymətlər manatda orta hesabla 1,04 faiz [dollarda qiymətlər 0,51 faiz artıb] azalıb. Təkrar mənzil bazarında qiymətlər manatda 1,23 faiz [dollarla 1,77 faiz artıb] artıb".

N.İbrahimov bildirib ki, torpaq sahələrinin qiyməti manatda bir ay ərzində orta hesabla 1,18 faiz, dollarda isə 1,72 faiz artıb. Ən böyük azalma kommersiya obyektləri bazarında olub - qiymətlər manatda 2,15 faiz, dollarda isə 1,62 faiz azalıb.

Ekspertin sözlərinə görə, ilin sonuna qədər daşınmaz əmlak bazarı itirilmiş mövqelərini geri qaytaracaq: "Daşınmaz əmlak bazarı ilin əvvəli ilə müqayisədə üç faiz ucuzlaşıb. Hesab edirəm ki, ilin sonuna qədər bazar bu mövqelərini qaytaracaq və daha iki faiz artacağı istisna olunmur".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam