Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Pul-kredit siyasəti bizi narahat edir”

 

“Maliyyə kataklizmləri real sektora keçəcək”

Xeberinfo.com:   “Əvvəlki illərin dövlət büdcəsinin 50 faizi həmişə IV rübdə xərlcənirdi. Lakin 2015-ci ildə bu 30 faizə düşüb. Eyni zamanda 2015-ci ilin büdcəsində Dövlət Neft Fondundan transfertin 20 faiz azaldılması müsbət haldır”.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibklarlıq komitəsinin iclasında deputat vahid Əhmədov deyib.
O qeyd edib ki, 2015-ci il dövlət büdcəsində qənaet rejiminə əməl olunsa da sosial layihələrə ayrılan vəsait 100 faiz yerinə yetirilib. Bu önəmli məsələdir. “Cəmiyyətdə ipoteka məsələsi gündəmdədir. 2015-ci ildə məbləğ o qədər də yüksək olunmasa da, ipotekanın verilməsi icra olunub. 2016-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı ipoteka və sosial evlərin tikilməsi ön plana çıxarılmasını təklif edirəm.
2015-ci ilin dövlət büdcəsinin icrasında da intizam tədbirləri qorunub saxlanılıb, yerli gəlirlər faktiki olaraq yerinə yetirilib. Əvvəllər Mərkəzi Bankın sədri iştirak edirdi, pul-kredit siyasətini müzakirə edirdik. Onlar burda yoxdur, Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi burada iştirak edir”.
Deputat çıxışı zamanı Azərbaycanda aparılan pul-kredit siyasətinin onları narahat etdiyini vurğulayıb. “Bank sistemində vəziyyət ağırdır. Əhali əmanətlərini geri ala bilmirlər.
Kreditlər verilmir, faizlər yüksəkdir. Buna görə də bank sisteminin sağlamlaşdırılması vacibdir. Bu məsələ bizi narahat edir. Bank sistemində normal vəziyyət yaranmasa, Azərbaycan istiqsadiyyatının inkişafından danışıla bilməz”.
1435650966_elimesimliDeputat Əli Məsimli qənaet rejiminə əməl edilməsi sahəsində səylərin artırılmasına diqqət çəkib. İpoteka məsələsinə də toxunan deputat konkret olaraq onun icra olunacağı tarixin açıqlanmadığını deyib.
“İpoteka ilə bağlı aidiyyatı strukturlar “yaxın vaxtlarda” olan sözü dəyişib, nə vaxt olacağını desinlər və insanlar gözləməkdən çəkinsinlər.
Maliyyə sistemində olan kataklizmlər real sektora, bir müddət sonra sosial sektora keçəcək. Büdcə qədər hər il banklara kredit verirlər. Onun 16 milyardı bir kənara, 2 milyardı bir bendin yaradılmasına sərf edilsə qeyri-neft sektorunu inkişaf etdirə bilərik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam