Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Avtomobil biznesində tənəzzül

avtomobil2016-cı ilin Yanvar – Aprel ayları ərzində Azərbaycana cəmi 1 742 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur.  

Xeberinfo.com:   Məlumata görə, bu, ötən ilin ilk 4 ayı ilə müqayisədə 7,4 dəfə azdır. 2015-ci ilin ilk 4 ayında ölkəmizə 12 890 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

2016-cı ilin Yanvar-Aprel aylarında 24 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar),1509 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 152 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 57 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunmuşdur.

Ötən ilin ilk 4 ayı ilə müqayisədə minik avtomobillərinin idxalı 7,8 dəfə azalıb. Belə ki, ötən ilin Yanvar-Aprel aylarında ölməmizə 11 740 ədəd minik avtomobili  idxal olunmuşdu.

APRELDƏ İDXAL AZALIB

Bu ilin Yanvar ayında cəmi 437 ədəd, Fevral ayında 384 ədəd, Mart ayında isə 541 ədəd, Aprel ayında isə 380 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur.

Mart ayında idxal olunmuş minik avtomobillərinin sayı isə 274 ədəd təşkil edib. Apreldə 498 ədəd minik avtomobili idxal olunmuşdu.

Rəqəmlər əhalinin avtomobil almadığını, rəsmi distiribyutor və dilerlərin də satşlarının dəfələrlə azaldığından çətin vəziyyətdə olduqlarını göstərir.

“Marja” 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam