Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Dövlət büdcəsinə yenidən baxıla bilər

"Dünya bazarında Azərbaycan neftinin qiymətinin 50 dolları keçməsi Azərbaycanın 2016-ci il üzrə dövlət büdcəsinə yenidən baxılmasını zəruri edə bilər".

Xeberinfo.com:   Bunu "Report"-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Komitə üzvü xatırladıb ki, neftin qiyməti dövlət büdcəsində 25 dollardan götürülüb: "Hazırda isə neftin qiyməti 50 dolları keçib. Qiymətin təxminən iki dəfə artması dövlət büdcəsinə əlavə vəsaitin daxil olması ilə nəticələnəcək. Məsləhət olsa, may-iyun aylarında büdcəyə yenidən baxıla bilər. Ancaq baxılmaya da bilər, çünki əlavə vəsait ola bilsin ki, Dövlət Neft Fonduna yığılsın və oradan transfer edilsin. Büdcəyə yenidən baxılsa belə, burada qanuna zidd heç nə yoxdur".

Qeyd edək ki, Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti bu gün üçün 1,20 dollar və yaxud 2,44% bahalaşıb. Belə ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,30 dollara bərabər olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam