Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

OPEK neft hasilatını 8 illik maksimuma çatdırdı

OPEK ölkələri 2016-cı ilin aprel ayında neft hasilatını 330 min barel/gün və ya 1,02% artıraraq 32,76 mln. barel/günə çatdırıb.

Xeberinfo.com:   Beynəlxalq Energetika Agenliyinə (IEA) istinadən xəbərə görə, bu, 2008-ci ildən etibarən ən yüksək göstərici hesab olunur.

Hasilatın əsasən İran, İraq və BƏƏ-də artması və Küveyt ilə Nigeriyada göstəricinin azalmasının örtülməsi hesabına formalaşdığı bildirilir.

Səudiyyə Ərəbistanının hesabat dövründə gündəlik 10,20 mln. barel, İranın isə 3,56 mln. barel hasil etdiyi qeyd olunub.

IEA hesab edib ki, OPEK iyuna qədər hasilatı artırmağa davam edəcək. Həmçinin, OPEK üzvü olmayan ölkələrdə gündəlik neft hasilatının 800 min barel və ya 1,4% azalaraq 56,8 mln. barelə enəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, S.Ərəbistanı və Nigeriya rəsmiləri mayın 10-da ölkələrinin neft hasilatını artıracaqlarını bəyan ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam