Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"Dövlət "Bank Standard"a maliyyə dəstəyi verəcək"

Rüfət Aslanlı:

 

 

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən müvəqqəti inzibatçı təyin olunan "Bank Standard" QSC-də mövcud olan likvidlik probleminin həlli üçün dövlət öz dəstəyini verəcək.
 
Xeberinfo.com:   "APA-Economics" xəbər verir ki, MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, Palatanın müraciəti əsasında Mərkəzi Bankın İdarə Heyəti bununla bağlı müvafiq qərar qəbul edib və 6 ay ərzində banka 15 mln. manat həcmində dəstək verəcək: "Bizdə məlumat olan məlumata görə, maliyyə vəsaiti artıq bankın hesablarına köçürülüb. Bununla yanaşı, bankda likvid aktivlərin səfərbər edilməsi və lazım ola biləcək əlavə dövlət dəstəyinin həcminin, məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmənin qərarı ilə 1 ay müddətində fiziki və hüquqi şəxslərin əmanətləri üzrə ödənişlər dayandırılıb. Başqa sözlə, fiziki və hüquqi şəxslər əmanətləri üzrə bank ödənişlərinə 3 iyun 2016-cı il tarixinədək moratorium qoyulub. Bu müddət ərzində dövlət dəstəyinin həcmi tam müəyyənləşdiriləcək. Onun mənbəyi artıq bəllidir. 1 aydan sonra fiziki və hüquqi şəxslər üzrə ödənişlər tam bərpa olunacaq. Tətbiq olunmuş moratorium heç bir halda bankın və onun müştəriləri olan təşkilatların işçilərinə əmək haqlarının ödənişinə şamil olunmur. Artıq banka ayrılmış likvidlik dəstəyi hesabına əmək haqlarının ödənişinin keçirilməsinə başlanılıb".
 
R. Aslanlı qeyd edib ki, Palata tərəfindən banka təyin olunan inzibatçı yalnız likvidlik məsələləri ilə deyil, eyni zamanda bankın idarəetməsi ilə də məşğul olacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Bank Standard” QSC-yə müvəqqəti inzibatçı təyin edib.
Qeyd edək ki,  MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mayın 2-də Palatanın Direktorlar Şurasının iclasında bu gündən etibarən banka müvəqqəti inzibatçı təyin edilməsi barədə qərar qəbul edilib.
 
R. Aslanlı qeyd edib ki, son dövrlərdə aktivlərin keyfiyyətinin pisləməsi ilə əlaqədar bankda likvidlik və kapitallaşma göstəriciləri pisləşib: "Maliyyə Bazarlarına Nəzarət Palatası banka yoxlama təyin edib. Məlum olub ki, səhmdarlar və idarə orqanları yetərli resurslara malik deyil. Banka maliyyə dayanıqlığını təmin etmək məqsədilə maliyyə vəsaiti ayrılıb".
 
Sədr qeyd edib ki, "Bank Standard" əhalinin əmanətlərinin həcmi baxımından ölkənin ikinci ən iri bankıdır: "Bu səbəbdən dövlət banka zəruri dəstəyi verəcək".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam