Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Əmanətlərin Sığortalanması Fondu: “Bu gedişlə 10 günə pulumuz qurtaracaq...”

Hazırda hesabımızda 70 mln. manat vəsait var və pulumuz bitən kimi Azərbaycan Mərkəzi Bankından (AMB) borc alacağıq.

Xeberinfo.com:   Məlumata görə, bunu "Report"a açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.

A.Cavadov bildirib ki, sığorta hadisəsi baş verən bankların əmanətçilərinə hər gün təxminən 7 mln. manat kompensasiya ödənilir:

"Agent bankların hesabına da pulları köçürmüşük və bundan əlavə 70 mln. manat pulumuz var. Bu gedişlə təxminən 10 günə Fondun pulu bitəcək. Paralel olaraq biz Mərkəzi Bankla danışıqlar aparırıq. Pulun alınması Mərkəzi Bankla razılaşdırılıb və Fondun pulu bitdikdə biz borc alacağıq".

İcraçı direktor deyib ki, AMB-dən vəsaitin cəlb edilməsi qısa müddət üçün nəzərdə tutulub və həmin kreditin məbləği və faiz dərəcəsi dəqiqləşdirilir.

A.Cavadov qeyd edib ki, "TexnikaBank"ın əmanətçilərinə 123 mln. manat kompensasiya ödəniləcək:

""TexnikaBank"da bizə təqdim edilən 123 166 426 manat qorunan əmanətlərin hamısı kompensasiya ediləcək. "Bank of Azerbaijan"ın isə əmanətçilərinə ödəmələrin 95%-i bitib. İndi bu bankın əmanətçilərinə gündəlik 150-200 min manat kompensasiya ödənilir".

ADIF-in icraçı direktoru bir müddət əvvəl keçirdiyi mətbuat konfransında "TexnikaBank"ın əmanətçilərinin sığortalanan əmanətlərinin 79,344 mln. manatlıq hissəsinin qaytarılacağını, digər 43,8 mln. manatlıq hissəsinin isə qaytarılması ilə bağlı araşdırıma aparıldığını açıqlamışdı.

Virtualaz.org xatırladır ki, əmanətlərin sığortalanması haqqında qanuna görə Mərkəzi Bank və dövlət ADİF-in öhdəliklərinə görə məsuliyyət daşımır. Qanuna əsasən fondun ehtiyacı yaransa daxili maliyyə bazarlarından və Mərkəzi Bankdan borc ala bilər. Bu günlərdə əmanətlərin sığortalanması haqqında qanuna düzəliş edildi və əhalinin bank sektoruna etimadını bərpa etmək üçün banklardakı bütün əmanətlər sığortalanmış hesab olundu. Lakin ADİF-in aktivləri bağlanan banklardakı bütün əmanətlərin qaytarılması üçün kifayət deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam