Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"Büdcənin neftdən asılılığını minimuma endirmək mümkün olmayıb"

 

 

Xeberinfo.com:  "Neftin dünya bazar qiymətinin aşağı düşməsi və bu il neftin qiyməti ilə bağlı proqnozların bədbin olması 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılmasına səbəb oldu. Əslində, büdcədə neftin qiymətinin 50 dollar nəzərdə tutulması onun reallığını ciddi şəkildə şübhə altına alırdı. Bu baxımdan, nefti büdcədəki qiymətinin neft bazarındakı real qiymətə uyğunlaşdırılmasına ehtiyac var idi". 
Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov 2016-cı ilin yenilənmiş dövlət büdcəsini "AZƏRFAKS"a şərh edərkən deyib. 
V.Bayramovun sözlərinə görə, neftin büdcədəki qiymətinin azalmasına baxmayaraq büdcə gəlirlərində artımın proqnozlaşdırılması qeyri-neft sektorunun büdcədəki payının artırılacağından xəbər verir: "Güman edilir ki, bu, vergi bazasının genişləndirilməsi və idxaldakı lieqallaşma hesabına baş verəcək. Eyni zamanda, Dövlət Neft Fondundan transferlərin də həcmində 1.6 milyrd manat artım olacaq. Bu, büdcə gəlirlərinin 45,3%-i qədərdir. Bu isə ondan xəbər verir ki, qeyri-neft sektorunun büdcədəki payında artımın proqnozlaşdırılmasına baxayaraq neft ayırmaları yenə də həlledici olaraq qalmaqdadır. Bu baxımdan, neftin dünya bazar qiymətinin aşağı düşməsinə baxmayarq büdcə gəlirlərində neftdən asılılığı minimumlaşdırmaq hələ də mümkün olmayıb".
İqtisadçı-alim hesab edir ki, büdcə gəlirləri artıdığı üçün növbəti ildə sosial və real sektorun maliyyələşdirilməsi xərclərinin prirotet olması vacibdir: "2016-cı  ilin büdcəsi məhz bu istiqamətlərə foksulanmalıdır.  Büdcədə 1.7 milyard manata yaxın kəsirin nəzərdə tutulması isə ondan xəbər verir ki, bu il hökumət daxili borclanmağa müraciət etmək niyyətindədir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam