Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Banklar kredit faizlərini endirdi

 

 

   "xeberinfo.com":  Azərbaycan Mərkəzi Bankı tərəfindən istehlak kreditlərinin şərtlərinə dair sərtləşdirmə qərarı faiz dərəcələrinə təsir göstərib. Belə ki, artıq bir sıra banklar müxtəlif kampaniyalar həyata keçirir: bəzi istehlak kreditləri üzrə ilkin ödənişlər azaldılıb ya da ümumiyyətlə, aradan qaldırılıb. Əksər banklar isə faiz dərəcələrini 1-2 faiz civarında aşağı salıb. Artıq bununla bağlı «Bank of Baku»nun, Kapital Bankın, «Unibank»ın, «Azərigazbank»ın reklam lövhələrinə rast gəlmək mümkündür. 

    Lakin avtomobil kreditlərində proses əksinə gedir. Bunun da başlıca səbəbi Mərkəzi Bank tərəfindən sözügedən kreditlərə məhdudiyyətlərin qoyulmasıdır. Hazırda ölkədə fəaliyyət göstərən 43 bankın yalnız 15-nin portfelində avtomobil krediti var. Bu istiqamətdə bəzi banklar üzrə faiz dərəcələri, komisiyon haqları isə ötən ilə nisbətən 1-2 faiz bahalaşıb, ilkin ödənişlər isə artıb. Məsələn, avtokredit verən banklarla bağlı aşağıdakı cədvələ diqqət yetirək: 

    İlkin ödənişlərə gəlincə, ötən il 15-30 faiz civarında idisə, bu il 40-60 faiz arası dəyişir. Lakin illik faiz dərəcələri heç də bütün banklarda bahalaşmayıb. Əksinə, bəzilərində bu istiqamətdə «ucuzlaşdırma» mövqeyi sərgiləyərək 1-2 faiz aşağı salıb. Əvəzində isə komisiyon haqlarını artırblar. 

      İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, istehlak kreditlərinin ucuzlaşması gözlənilən idi: «Çünki iri banklar artıq istehlak kreditləşməsi bazarında müəyyən bir mövqe tutublar. Mərkəzi Bank məhdudiyyətlər tətbiq edəndən, şərtləri ağırlaşdırandan sonra onlar bazarı itirmək istəmirlər. Başqa sektorda işləmək artıq sərf etmir, istehlak bazarı isə kifayət qədər genişdir. Ona görə də, faiz dərəcələrini aşağı salmağa məcburdurlar. Bununla daha çox müştəri cəlb etməyə çalışırlar. İş yerindən arayış tələbinin qoyulması müştəri kontingentinin sayı kəskin azaldıb».

    S.Əliyev vurğuladı ki, hazırda banklar arasında müştəri cəlb etmək üçün sərt rəqabət yaranıb: «Faiz dərəcələrinin aşağı salınması ilə bağlı reklam çarxlarını görürük. Bunun nə dərəcədə doğru olub-olmadığını deyə bilmərik, əsas odur ki, müştəri cəlb etmək üçün rəqabət başlayıb.

Əksinə olaraq, ucuz avtomobil kreditləri artıq geridə qalıb. İstehsal müddəti bir il keçməmiş avtomobilər üçün ilkin ödəniş 40-50 faiz, yerdə qalanlar üçün isə 80 faiz nəzərdə tutulub. 80 faiz ilkin ödəniş edən vətəndaş 20 faiz üçün banka müraciət etməyə lüzum görmür. Banklar alternativ variant kimi lizinqdən istifadə etməyə başlayıblar. Bu məhdudiyyətlər lizinq bazarının inkişafına təkan verdi. Lizinqin isə faiz dərəcələri nisbətən yüksək olur. Ola bilsin ki, hazırda bankların təklif etdiyi avtokreditlər məhz lizinqlərdir».

Ekspertə görə, sırf avtokreditlərin bahalaşması gözlənilmir. İqtisadçı bildirdi ki, istehlak kreditlərinin 1-2 faiz aşağı düşməsini əhəmiyyətli ucuzlaşma hesab etmək olmaz: «Komisiyon haqları aşağı salınarsa, bu halda əhəmiyyətli ucuzlaşmadan söhbət gedə bilər. Bu gün bankların təklif etdiy kreditlər 22 faizdən yüksəkdir və burada 1 faizin azalması heç nəyi dəyişmir. Mərkəzi Bank tövsiyyə edib ki, banklar faktiki illik faiz dərəcəsini göstərsinlər. Faktiki faiz dərəcəsinə illik faiz və komisiyon haqları da daxildir. Bəzi banklarda faiz dərəcələri aşağı göstərib müştəri cəlb etməyə çalışırlar. Belə banklarda isə  komisiyon haqları baha olur. Bu ikisinin cəmi isə yüksək faiz dərəcəsi edir. Bu gün ən optimal faiz dərəcəsi 15-16 faiz hesab etmək olar».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam