Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Azərbaycan böyük borclanmaya gedir"

 

 

İqtisadçı alim Qubad İbadoğlu Beynəlxalq Valyuta Fondunun missiyasının ölkəmizin paytaxtında olması və Azərbaycanın xarici fondlara borclanmaq ehtimalı ilə bağlı öz fikirlərini sosiaı şəbəkədəki səhifəsində yazıb.
Xeberinfo.com:  Tanınmış iqtisadçının statusunu oxuculara təqdim edirik: 
"Nüfuzlu "Financial times" qəzeti bu gün Azərbaycanla bağlı "Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı neftlə əlaqəli defoltu qabaqlayan hərəkətə keçir" adlı yazı dərc edib. Yazıdan belə məlum olur ki, BVF-nin nümayəndələri bu məqsədlə yanvarın 28-dən fevralın 4-dək Bakıda səfərdə olacaq. Eyni zamanda bu günlərdə, digər beynəlxalq maliyyə kredit instiutlarının, o sıradan da Asiya İnkişaf Bankının (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri də Bakıya gəlir. 
Qəzetin yazdığına görə, Azərbaycan höküməti ilə Dünya Bankı arasında olan danışıqlarda 4 milyard dollarlıq kredit götürmək əsas müzakirə mövzularından biridir. Xatırladım ki, bu günlərdə Azərbaycan höküməti ilə AİB arasında da 1,1 milyard dollarlıq kredit sazişi imzalanıb. Göründüyü kimi, danışıqlar uğurla başa çatarsa bu il ərzində ölkə iqtisadiyyatına son 20 illik borcdan çox kredit cəlb oluna bilər. ÜDM-in dollar ifadəsində getdikcə kiçildiyini də nəzərə alanda bu minvalla xarici borcların yekunda payı 1 il ərzində 2 dəfəyədək arta bilər".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam