Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"10 min dollara qədər olan kreditlər köhnə məzənnə ilə qaytarılmalıdır"

1428554851_vahid

 

Mərkəzi Bankın sədri Elman Rüstəmov ikinci devalvasiyadan sonra əhali arasında ciddi narahatlıq yaradan dollar kreditlərinin ödənilməsinə görə güzəştlərin tətbiqinin mümkünsüzlüyünü bildirib.

 

Xeberinfo.com:   Güzəştlərlə bağlı təklifləri dəyərləndirən baş bankir gözlənilənin əksinə olaraq, “hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər”deyib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına açıqlamasında E.Rüstəmovun son açıqlamasına etirazını bildirdi:
“10 min dollara qədər olan kreditlər köhnə məzənnə ilə qaytarılmalıdır. Vəsait hardan – Mərkəzi Bankdan, Dövlət Neft Fondundan, dövlət, yoxsa kommersiya banklarından – təmin ediləcək, bu, artıq bizi maraqlandırmır. Çünki, bu barədə danışıqlar gedib, ümumi razılaşma olub.
Amma indi niyə belə edirlər, başa düşə bilmirəm. Mən hesab edirəm məsələ tez bir zamanda həll olunmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam