Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Azərbaycanın yeni iqtisadi inkişaf modeli yaradılmalıdır"

"Azərbaycanın yeni iqtisadi inkişaf modeli yaradılmalıdır"
"Neftin qiymətindən asılı olmayan yeni modelin yaradılması bizim qarşımızda duran əsas vəzifədir"

Xeberinfo.com:  Məlumata görə, bunu bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində keçirilən maliyyə üzrə seksiyada maliyyə naziri Samir Şərifov deyib.

Azərbaycanın davamlı iqtisadi inkişafa nail olunduğunu, ildən-ilə əhalinin maddi rifah halının yaxşılaşdırıldığını deyən maliyyə naziri bildirib ki, dövlət və özəl sektor bu nailiyyətlərin qorunmasına çalışmalıdır: “Biz, cənab prezidentin də qeyd etdiyi kimi, bu nailiyyətləri qorumaqla, yeni inkişaf modeli yaratmalıyıq. Neftdən, neftin qiymətindən asılı olmayan yeni modelin yaradılması bizim qarşımızda duran əsas vəzifədir. Biz çalışmalıyıq ki, bu vəzifənin öhdəsindən layiqincə gələk, əhali üçün yüksək həyat standartlarını qoruyaq. Biz bunun üçün ilk növbədə sahibkarlara yaxşı şərait yaratmalıyıq, dəstək verməliyik, əngəl törətməməliyik. Çünki, iqtisadiyyatın hərəkətverici qüvvələrindən biri sahibkarlardır. Onlar yeni müəssisələr yaratmaqla yeni iş yerləri açırlar. Yaxşı biznes mühiti olanda, sahibkar gələcək perspektivləri başa düşəndə, o, investisiya yatıracaq". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam