Redaktor seçimi
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
55 milyonluq tender udan şirkət “yoxa” çıxıb – Fəhlələr 4 ildir maaşlarını ala bilmir:
“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… –
Rüstəm Usubovun və yaxın qohumlarının BİZNES ŞƏBƏKƏSİ —
İradə Gülməmmədovanın həyat yoldaşının biznesi açıqlandı -
Günün xəbəri

"Manatın devalvasiyasında bütün hökumət günahkardır"

 

Samir Əliyev: “Biz dəfələrlə demişdik ki, vaxtında yumşaq devalvasiyaya gedilsə idi, bu gün 47-48 faizlik kəskin devalvasiya ilə üzləşməzdik”
 
Natiq Cəfərli: “Normal ölkələrdə bu hal baş versə, mənəvi məsuliyyətə görə həmin məmur istefa verərdi”
Xeberinfo.com:   Manatın bir il ərzində iki dəfə devalvasiyaya getməsi və bu prosesdən hökumətin qazanclı, vətəndaşın ziyanlı çıxması insanların mövcud hakimiyyətə qarşı münasibətinə də təsir edir. İstənilən halda baş verənləri vətəndaşlar üçün fəlakət adlandırmaq olar. Artıq hər kəs, bu fəlakətin günahkarını axtarır. 
Manatın birdən-birə kəskin şəkildə ucuzlaşmasının səbəbkarı kim və ya kimlərdir? Necə etmək olardı ki, bu prosesdə vətəndaşlar bu dərəcədə zərər çəkməsinlər? 
Manatın devalvasiya qərarı isə Mərkəzi Bank tərəfindən verildiyi üçün vətəndaşların gözündə ən böyük günahkar baş bankir Elman Rüstəmovdur. Məhz bu şəxs hər iki devalvasiya öncəsi çıxış edərək, manatın ucuzlaşmayacağına söz vermişdi. Lakin qısa müddət sonra qəfil, gecəyarısı devalvasiya baş verdi. 
Ekspertlər də bu prosesdə həm Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun, həm də hökumətin məsuliyyət daşıdığını bildirirlər. 
İqtisadçı ekspert Samir Əliyev musavat.com-a açıqlamasında qeyd edib ki, bu il baş verən hər iki devalvasiyanın məsuliyyəti Elman Rüstəmovun üzərindədir: “Çünki, Mərkəzi Bankın rəhbəri odur, ölkədə məzənnə siyasətini bu qurum müəyyənləşdirir və qərarları Mərkəzi Bank rəhbəri verir. Bizim öhdəliyimiz yoxdur ki, kiminsə hansı qərarı hansı vəziyyətdə verdiyini anlayaq. Bizi bu maraqlandırmır. Bizi o maraqlandırır ki, bu insan, bu qərarı verib. 
Görünən odur ki, bu qərar Elman Rüstəmovun öz iradəsi ilə verdiyi qərar deyil. İstər ötən dəfə, istərsə də bu dəfə gözləniləndən daha çox həddə devalvasiyanın baş verməsi onu göstərir ki, Maliyyə Nazirliyinin bu məsələdə əhəmiyyətli dərəcədə rolu  var. 
Aydın məsələdir ki, il sona yetir, büdcədə və Neft Fondunda kifayət qədər problemlər var, kəsir yaranıb. Biz gözləyirdik ki, Neft Fondunda 2 milyard manat kəsir yaransın. Neft Fondu dövlət büdcəsi qarşısında öhdəliklərini yerinə yetirə bilmədi. Burada büdcə amili rol oynadığına görə mən düşünürəm ki, burada əsas əhəmiyyətli təsir rıçaqları Maliyyə Nazirliyinin və Vergilər Nazirliyinin əlindədir”. 
Ekspertin sözlərinə görə, Mərkəzi Bankın öhdəliyi o idi ki, milli valyutanın məzənnəsinin kəskin düşməsinə imkan verməsin: “Hər devalvasiyadan sonra bu problem qalxır və bunun məsuliyyəti də Mərkəzi Bankın üzərində düşür. İstənilən halda bu məsuliyyət hökumətin, o cümlədən də, Mərkəzi Bankın rəhbərinindir. Çünki, kəskin devalvasiyaya getməmək olardı. Biz dəfələrlə demişdik ki, vaxtında yumşaq devalvasiyaya gedilsə idi, bu gün biz 47-48 faiz kəskin devalvasiya ilə üzləşməzdik. Hətta fevral ayında birinci devalvasiya olanda, biz təklif etdik ki, bundan sonra hökumət kəskin devalvasiyaya getsin və ilin sonunda kəskin devalvasiya olmasın. Çünki, neftin qiyməti ilə bağlı proqnozlar optimist deyildi. Hər dəfə deyirdik ki, hökumət yumşaq devalvasiyaya getmədikcə, kəskin devalvasiya ehtimalı daha da artır. Devalvasiya nə qədər gec olarsa, daha kəskin şəkildə baş verir. Əgər bu qərar bir ay da gecikdirilsə idi, o zaman devalvasiya 47-48 faiz yox, 60 faiz olardı”. 
Böhranın aradan qaldırılması tədbirlərinə gəlincə, Samir Əliyev bildirdi ki, artıq hökumət bu prosesə gecikib: “Vaxtında qeyri-neft sektoru inkişaf etdirilmədi. 2008-ci ilin sonunda neft kəskin ucuzlaşanda bir çox ölkələr devalvasiyaya getdi, Azərbaycan isə getmədi. Sonradan yenidən neft bahalaşdı və bu hökumətdə arxayınlıq yaratdı. Lakin bu xəbərdarlıq siqnalından sonra hökumət manatın məzənnəsini tədricən ucuzlaşdırmalı, qeyri-neft sektorunu inkişaf etdirməli idi. O zaman büdcədə pul var idi, istehsal obyektləri açmaqla qeyri-neft sektoruna yatırım etmək, devalvasiyaya uyğun olaraq maaşları artırmaq olardı. 
Artıq indiki mərhələdə devalvasiyadan başqa yol yoxdur və bunun günahkarı hökumətdir. Bu məqamda bir problem də vətəndaşların aldadılmasıdır. Neft ucuzlaşanda bəyanat verildi ki, “Hər şey yaxşıdır, devalvasiya olmayacaq”. Qiymətlər qalxanda elan edilir ki, “Heç bir artım olmayıb”. Bu insanları aldatmaqdır. Birinci devalvasiya zamanı da Elman Rüstəmov devalvasiya olmayacağı haqqında söz verdi və iki gün sonra bu, baş verdi. Bu, onun reputasiyasına da ziyan vurdu. Əslində normal ölkədə o, istefa verməli idi. Ancaq görünür, vəzifə onun üçün daha vacibdir. Mərkəzi Bankın rəhbəri ayrı-ayrı vaxtlarda bu mesajları verirdi, ekspertlər də bu çıxışlar əsasında proqnozlar verirdilər. 
Ancaq bizi ittiham edirdilər ki, siz panika yaradırsınız. Lakin hökumət heç olmasa, bunun miqyasını azaltmaq üçün addım atmadı. İnsanların hesabına büdcəni doldurdu. Zərbə banklara və vətəndaşlara dəydi. Banklar və vətəndaşlar üz-üzə qaldı. Bunun banklar üçün nəticələri çox pis olacaq. Çünki, birinci devalvasiyadan sonra özlərinə gəlməmiş ikinci devalvasiya baş verdi. Güman edirəm ki, yaxın vaxtlarda bazarı tərk edən bankların sayı artacaq, bir çox bankların filialları bağlanacaq. Problemli kreditlər artacaq. Digər tərəfdən, yüksək inflyasiya gözlənilir, qiymətlər artacaq. Bir sözlə zərbə vətəndaşlara dəyəcək və bunun da məsuliyyəti hökumətin üzərinə düşür”. 
Ekspert Natiq Cəfərli isə musavat.com-a açıqlamasında qeyd etdi ki, manatın devalvasiyasında Elman Rüstəmovun ciddi rolunun olması ehtimalı çox aşağıdır: “Çünki, Mərkəzi Bank müstəqil fəaliyyət göstərmir. Sadəcə, onun mənəvi məsuliyyəti var. Çünki, hər dəfə devalvasiyadan öncə çıxış edərək, insanlarda manatın ucuzlaşmayacağı ilə bağlı arxayınlıq yaradır, rəsmi açıqlama verir. Bu, artıq mənəvi məsuliyyətdir və insanları aldatmaqdır. Normal ölkələrdə bu hal baş verirsə, mənəvi məsuliyyətə görə həmin məmur istefa verir. Bunun başqa yolu yoxdur və vətəndaşı iki dəfə aldatmaq olmaz. Ancaq manatın devalvasiyasında bütün hökumət günahkardır. Elman Rüstəmovun məsuliyyəti odur ki, hökuməti xəbərdar etməli idi ki, kəskin devalvasiya baş verə bilər. Ancaq artıq bu mərhələdə geriyə yol yoxdur və hökumət ciddi iqtisadi islahatlara getməlidir”. 
Ekspert xarici təcrübəni əsas gətirərək, ölkəmizdə vətəndaşların aldadılmasının bağışlanmaz olduğunu bildirdi: “ABŞ-ın Federal Rezerv Sistemi uçot dərəcələrinin artırılması ilə bağlı bir il idi, müzakirələr aparırdı ki, uçot dərəcəsini qaldırsınmı-qaldırmasınmı və bu, dolların məzənnəsinə necə təsir edəcək. Hər 45 gündən bir toplantı keçirərək, ictimaiyyətə açıqlama verirdilər. Bu da həm ABŞ vətəndaşlarını, həm də dünya ictimaiyyətini bu hadisəyə hazırlayırdı. Amma Azərbaycanda əsl sovet yanaşması ilə hər şey bir gecənin içində baş verdi. Bu, əsl hüquq pozuntusudur. Azərbaycan hüquq dövləti olsaydı, normal məhkəmə sistemi olsaydı, vətəndaşlar Mərkəzi Banka qarşı iddia qaldıra bilərdilər. Lakin Azərbaycanda belə məhkəmələrin də perspektivi yoxdur”. 
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}