Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ziya Məmmədov sərnişin avtobusunu hərraca çıxardı

 

 

Nəqliyyat Nazirliyi 2008-ci ildə dövlət büdcəsi hesabına idxal edilən sərnişin avtobuslarını özəlləşdirməkdə davam edir

 

     "xeberinfo.com" “Turan”-a istinadən bildirir ki, ikinci mərhələdə MAN (20 ədəd), MAZ (9) və DAEWOO (6) markalı 35 avtobus hərraca çıxarılıb.
    MAN Lions Classic A 74  75 666 və 85 124 manata təklif edilir. 2008-ci ildə  Nəqliyyat Nazirliyi bildiridi ki, bu avtobusların biri 250 000 dollara başa gəlib.  MAZ-203067 Belarus avtobusları 54 366 və 68 760 manata, DAEWOO BC212MA – 45 579-46244 manata təklif edilir.
     Avtobusların qiymətləndirilməsi və satışını Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Avtobusların dövlət nömrə nişanları açıqlanmır. Avtobusların orta start qiyməti 1 771 628 manatdır.
Nəqliyyat Nazirliyi yanında Avtomobil Nəqliyyatı Xidmətindən deyiblər ki, avtobuslar «Bakı Avtomobil Nəqliyyatı Müəssisəsi №3» MMC-nin balansındadır.  
Əvvəllər ƏMDK bildirirdi ki, əmlakı satışa çıxarmaq hüququ balans sahibinindir.
2008-2009-cu illərdə dövlət büdcəsi hesabına bir neçə yüz avtobus alınıb. Onların dəqiq sayı və xərclənən dövlət vəsaiti açıqlanmır.
2013-cü ilin iyulunda avtobusların ilk partiyası -  MAN (10) və MAZ (5) satılıb. Onların kimə satıldığı bilinmir.
       2012-ci ilin hesabatına əsasən «Bakı Sərnişin Nəqliyyatı» MMC 2 654 000 manat ziyana düşüb. 2011-ci ildə ziyan 7 760 000 manata çatıb. Nəqliyyat müəssisəsinin əməliyyat gəlirləri 4 418,6 min manat olub. Bu, əvvəlki ildəkindən 266,12 min  manat azdır. Daşıma xərcləri 9 384,4 min manat olub və 4,6 mln manat azalıb. Xərclərin çoxu amortizasiya üzrədir: 2012-ci ildə 4 185 manat və 2011-ci ildə 7 991,2 min manat. 2012-ci ildə yanacaq alınmasına 1 926 485 manat (2011-ci ildə  524 min manat), ehtiyat hissəslərə 1 037,6 min manat (2011-ci ildə 556,7 min manat) xərclənib.
     «Bakı Sərnişin Nəqliyyatı»nın auditor hesabatı və saytında sərnişin avtobuslarının sayı açıqlanmır. 2011-ci ildə MMC-də 909, 2012-ci ildə 889 nəfər çalışıb. 2012-ci ildə aktivləri 17,6 mln-dan 14 mln manata azalıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam