Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

Cahangir Hacıyev 100 milyon dolları boş quyuda necə batırdı?

Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyev bankın 100 milyon dollarını Qazaxıstanda içi boş neft yatağında batırıb.

Xeberinfo.com:   Redaksiyamıza bu məlumat neft sektorundakı mötəbər qaynaqlardan daxil olub.

Saytımıza məlum olub ki, Cahangir Hacıyev Qazaxıstanda neft işinə girməzdən əvvəl bu Orta Asiya respublikasında pambıq emalı müəssisəsinə sahib olub. Daha əvvəl isə onun digər Orta Asiya respublikası Tacikistanda metallurgiya biznesinə girərək bankın təxminən 100 milyon dollardan çox kapitalını batırdığı haqda məlumatlar var.

Təxminən 2013-cü ilin sonlarında isə C.Hacıyevi şirnikləndirərək Qazaxıstanda neft hasilatı biznesinə pul yatırmağa inandırıblar.

Bu proses Azərbaycanın Xəzərdəki “Bahar” və “Qum dəniz” offşor yataqlarının işlənməsi üzrə operator şirkət olan “Bahar Energy”nin kredit borclarına görə “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovdan alınaraq (şirkətin səhmlərinin üçdə ikisi “Hafka”ya məxsus olub) Beynəlxalq Bankın nəzarətinə keçməsindən sonra başlayıb.

Cahangir Hacıyev “Bahar Energy”ni ələ keçirəndən sonra şirkətin işinə nəzarəti BP-də işləyən yaxın adamı, məlumatlara görə, vəhhabi təriqətinə mənsub olan Emin Sadiqə həvalə edib. Burada “Bahar Energy”nin baş direktoru, amerikalı Riçard Makduqal Cahangir Hacıyevin adamını inandırıb ki, Qazaxıstanda çox sərfəli neft yatağı var və ora investisiya qoymaqla yaxşı mənfəət əldə etmək mümkündür.

Beləliklə, Cahangir Hacıyev neft hasilatı biznesindən xəbəri olmadığı halda bankın pullarını Qazaxıstanda hasilat biznesinə yatırmağı qərara alır. Və təxminən il yarım ərzində bu işə 100 milyon dollara yaxın vəsait yatırır (istisna deyil ki, həmin vəsaitin əhəmiyyətli hissəsi əslində mənsimsənilib).

Baxmayaraq ki, mütəxəssislər yataqda cəmi 30 milyon dollarlıq neft ehtiyatının olduğunu təxmin edirdilər. Ancaq Cahangir Hacıyevin qoyduğu pulların əvəzində heç bu həcmdə də neft əldə etmək mümkün olmayıb. Bu yaxınlarda məlum olub ki, yataq ümumiyyətlə boşdur.

Hələlik həmin yatağın adını dəqiqləşdirə bilməyib və bu istiqamətdə araşdırmalarımız davam edir.

Lakin onu deyək ki, 2013-cü ilin mayında Bakıda Qazaxıstan-Azərbaycan biznes-forumu keçirilib. Həmin forumda iştirak edən Qazaxıstan nümayəndə heyətinə Atırau vilayətinin hakimi Serik Aydarbekov başçılıq edirdi.

Serik Aydarbekov

S.Aydarbekov forumda Azərbaycan şirkətlərini Qazaxıstanın neft regionlarına investisiya qoymağa çağırıb: “Atırau Qazaxıstanın neft paytaxtı hesab olunur. Atırauda 66 neft, 21 neft-qaz və kondensat yatağı var. Vilayət münbit investisiya mühitinə malikdir. Mən Azərbaycan şirkətlərini qarşılıqlı faydalı əməkdaşlığa, investisiya yatırmağa çağırıram”.

Cahangir Hacıyevin Qazaxıstanda neft işinə hansı şirkət üzərindən girdiyi dəqiq məlum olmasa da ehtimal edilir ki, bu uğursuz biznes əməliyyatında Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş, ofisi Kiyevdə yerləşən “Heaney Assets Corporation” şirkətindən istifadə edilib.

Bu şirkətin adına isə ötən il Azərbaycan Beynəlxalq Bankının Albaniyadakı uğursuz biznes layihəsi ətrafında yaşanan qalmaqal zamanı rast gəlinmişdi.

Məlumata görə, bu Balkan ölkəsinin paytaxtı Tiranada məhkəmə AMRO neft şirkətinin yerli banklardakı 24,5 milyon avroluq hesablarına həbs qoyub. Şirkətin səhmlərinin sahibi isə “Heaney Assets Corporation” adlı Azərbaycan şirkətidir.

AMRO əvvəllər Albaniyanın dövlət mülkiyyətində olub və ölkənin yeganə iri neftayırma zavodunun sahibidir. 2013-cü ildə (Cahangir Hacıyevin qətiyyən baş çıxarmadığı işə - neft hasilatına dövlət bankının pullarını yatırması məhz həmin vaxtdan başlayıb) şirkətin səhmlərinin 80 faizini “Heaney Assets Corporation” əldə edib.

Balkan mediasından əldə olunan məlumatlara görə, şirkətin mülkiyyətçisi dəyişməzdən əvvəl də AMRO-nun Azərbaycanla bağları olub. Belə ki, AMRO Azərbaycan Beynəlxalq Bankından 75 milyon avro borc alıb.

Rezart Taçi

Şirkətin sahibi, Albaniya hakim elitasına bağlı olan Rezart Taçi 2008-ci ildə şirkəti özəlləşdirərəkən bankdan həmin məbləği götürüb və qaytara bilməyib.

Rezart Taçi AMRO-nu özəlləşdirəndən sonra onun iri məbləğdə borcları yaranıb. “Heaney Assets Corporation” şirkəti alandan sonra Rezart Taçinin borclarını ödəyib. Həmçinin “Heaney Assets Corporation” alban neft maqnatının “Europetrol”, “Taci Oil” və “Kuid” şirkətlərindəki minoritar paketlərini almağa 15 milyon avro verib.

Lakin Cahangir Hacıyevin Balkanlardakı neft biznesi də uğurlu olmayıb və AMRO şirkətinin hesabına borca görə həbs qoyulub.

Virtualaz.org C.Hacıyevin Balkanlardakı sərgüzəştlərini və Albaniyadakı investisiyaların sonrakı taleyi üzrə araşdırmaları davam etdirir.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?