Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

​Dollar bahalaşmağa başladı

Bir neçə saat əvvəl açıqlanan ABŞ-da işsizlik göstəriciləri Federal Ehtiyat Sisteminin (FES) dekabr ayında uçot dərəcəsini artıracağını göstərir.

Xeberinfo.com:   Qeyri-kənd təsərrüfatı sektorunda 180 min yeni iş yerinin açılması gözlənildiyi halda, faktiki olaraq 271 min iş yerlərinin açıldığı müəyyənləşib. Bu rəqəmlə bərabər, işsizlik ABŞ-da 5,1%-dən 5,0%-ə geriləyib.

Qeyd edək ki, bir qədər öncə verilən proqnozlara paralel olaraq dollar güclənib və 1,0880 USD/EUR səviyyəsindən 1,4% azalaraq hazırda 1,0730 USD/EUR-a kimi geriləyib. Bununla bərabər, daha öncə verilən proqnozlara uyğun olaraq, qızılın qiyməti 1 108 dollar/unsiyadan 1,5% azalaraq 1 090 dollar/unsiyaya enib.

Bu azalmanın gələn həftə davam etməsi gözlənilir. Dollar/avro məzənnəsinin ilin sonuna qədər 1,04 USD/EUR, qızılın qiymətinin isə 1 000 dollar/unsiya səviyyəsinə qədər enəcəyi proqnozlaşdırılır.

Azərbaycanın valyuta bazarında isə ABŞ dollarının 1,0520 AZN/USD, avronun isə 1,10 AZN/EUR həddinə yaxınlaşacağı ehtimal olunur ("Report").


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam