Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Kapital Bankdan hamı üçün kredit

 

Artıq Kapital Bankdan əmək haqqı və təqaüd kartı olmayan müştərilərə də kreditlər verilir.

"Xeberinfo.com":  Kapital Bank böyük məmnuniyyətlə “Hamıya Kredit” adlı yeni kredit məhsulunu təqdim edir. Müştərilər 15000 AZN-dək krediti 1% komissiya ilə Bankın  1 saylı Səbail, 2 saylı Nəsimi, 1 saylı Xətai, 2 saylı Nizami və Rabitə filiallarından əldə edə bilər. Sərfəli şərtlərlə  36 ay müddətinədək təklif edilən kredit məhsulunun illik faiz dərəcəsi 27,02 %-dən başlayır. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) isə 29% təşkil edir. Yaşı 18-dən 65-dək olan Azərbaycan Respublikasının vətəndaşları yeni kredit növündən yararlana bilərlər. Şərtlərə görə, kredit əldə etmək üçün Kapital Bankın əmək haqqı və ya təqaüd kartı olan müştərinin zaminliyi tələb olunur.

Kredit üzrə ödənişlər annuitet qaydasına əsasən, aylıq bərabər hissələrlə həyata keçirilir.  Müştərilər kredit ödənişini e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminalları vasitəsilə də həyata keçirə bilərlər. Borcları həmçinin Kapital Bankın filiallarında və pay.kapitalbank.az  saytında  ödəmək mümkündür.

 

“Hamıya kredit” məhsulu haqqında daha ətraflı məlumat əldə etmək üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam