Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Mərc oyunları bazarında 300 milyon manat pul var"

 

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşların 10% dərəcə ilə vergiyə cəlb olunması büdcəyə əlavə vəsaitlərin daxil olmasına səbəb olacaq.
Azərbaycanda idman mərc oyunları bazarının illik dövriyyəsi təqribən 300 milyon manat təşkil edir.

"Xeberinfo.com":  Məlumata görə, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət komitəsində “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2013-cü il yanvarın 1-dən fiziki şəxslərin mərc oyunlarından uduşlar vergidən azaddır: "Nəticədə bu, ötən il ərzində idman mərc oyunlarının inkişafına xidmət edib. Buna görə də idman mərc oyunlarından əldə edilən uduşların vergiyə cəlb edilməsi zərurəti yarandı. İndiki iqtisadi vəziyyəti nəzərə alsaq, bu məqsədəuyğundur".

Vergi qanunvericiliyinə edilən dəyişikliklərə əsasən, 2016-cı ildən Azərbaycanda idman totalizatorları iştirakçılarının uduşlarından onun məbləğinin 10 faizi həcmində gəlir vergisi tutulacaq.

Bu dəyişiklik qeyri-rezidentlərə də şamil edilcək.

Bununla yanaşı, idman totalizatorları iştirakçılarının uduşları 2016-cı ildən etibarən muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir kimi təsnif ediləcək.

İdman totalizatorlarında qaliblərə uduşlar verən şəxslər vergi agentləri - ödəniş mənbəyindən vergi tutmalı olan şəxs kimi təsnif ediləcək.

Onlar vergi daxilolmasını dövlət büdcəsinə ödəməli və növbəti ayın 20-dən gec olmayaraq vergi orqanlarına bəyannamə təqdim etməlidirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam