Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Daha 6 nəfər “qara siyahı”da

 

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidməti BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiya tətbiq olunmalı şəxslərin ümumi siyahısını yeniləyib.

"Xeberinfo.com":   Məlumata görə, dəyişikliyə əsasən, siyahıya daha 6 nəfər əlavə edilib. Həmin şəxslərin adı Maghomed Maghomedzakirovich Abdurakhmanov, İslam Seit-Umarovich Atabiev, Akhmed Rajapovich Chataev, Tarkhan İsmailovich Gaziev, Zaurbek Salimovich Guchaev, Shamil Magomedovich İsmailovdur.


Ümumi siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin siyahısı ölkədaxili və beynəlxalq siyahılardan ibarətdir.

Qeyd edək ki, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər ümumi siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı AMB yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam