Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Cari ilin makroiqtisadi proqnozlarına üçüncü dəfə baxılıb"

 

Bu gün Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu, Regional Məsələlər, Elm və Təhsil, Mədəniyyət, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr və İnsan Hüquqları komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə edilib.
"Xeberinfo.com":   Məlumata görə, iclasda maliyyə naziri Samir Şərifov da iştirak edib.

Nazir 2016-cı ilin dövlət büdcəsi haqqında çıxışı zamanı bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatına iki xarici şok təsir edir. Onun sözlərinə görə, bunlardan biri dünya bazarında xammalın qiymətinin kəskin enməsi, digəri isə region ölkələrinin bir çoxunda milli valyutaların kəskin ucuzlaşdırılmasıdır.

"Qonşu dövlətlərdə milli valyutanın devalvasiyası nəticəsində Azərbaycan məhsullarının dəyərinin artıb, onlar həm ölkə daxilində, həm də xaricdə rəqabətlilik baxımından uduzmağa başlayıb. Bu qeyri-əlverişli şərait hökumətin tədbirlər görməsini zəruri edirdi. Buna görə, milli valyutamız fevralda devalvasiyaya uğradı. Qlobal iqtisadi proseslərin mürəkkəbliyi bir daha müşahidə olunur. Neftin qiymətinin aşağı olması təkcə neft ixrac edən ölkələrə deyil, həm də neft istehlak edən ölkələrin iqtisadiyyatına mənfi təsir edir”. 

Nazir qeyd edib ki, dünya miqyasında gedən proseslər səbəbindən artıq 3-cü dəfə cari ilin makroiqtisadi proqnozlarına yenidən baxılıb: “Sosial iqtisadi inkişaf proqnozlarının, ÜDM artımının əvvəlki proqnozdan 1,1% az, yəni 3,3% olacağı gözlənilir. Cari ilin sonuna neft sektorunda 0,6%, qeyri-neft sektorunda 5,9% artım proqnozlaşdırılır. Neft gəlirlərinin azalması səbəbindən bu ilin büdcəsində dəyişikliklər edilib. Belə ki, büdcənin gəlirlərinin 17,08 milyard manat icra olunması gözlənilir ki, bu, təsdiq olunmuş proqnozdan 2,1% azdır. Cari ilin xərclərinin icrası isə 84% səviyyəsində gözlənilir ki, bu, təsdiq olunmuş proqnozdan 16% azdır".

Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çıxışı zamanı bildirib ki, 2016-cı ilin dövlət və icmal büdcəsi dünyada baş verən kəskin dəyişikliklər və neqativ proseslər fonunda hazırlanıb. Komitə sədrinin sözlərinə görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanın neftdən gələn gəlirlərinin xeyli azalmasına səbəb olub: “Buna baxmayaraq dövlət büdcəsi elə tərtib olunub ki, dünya bazarında baş verən proseslərin Azərbaycana hər hansı təsirinin gözlənilməsi demək olar ki, sıfıra bərabərdir. Neftin qiymətinin aşağı düşməsi fonunda müxtəlif ssenarilərin tərtib olunması, eləcə də qarşıdakı 3 ildə makroiqtisadi göstəricilərin proqnozlaşdırılması onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı və əhalinin həyat səviyyəsi inkişaf edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam