Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Əsrin müqaviləsi”ndən 21 il keçir

 

1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli yataqlarının istismarını nəzərdə tutan hasilatın pay bölgüsü sazişi imzalanıb.

"Xeberinfo.com":   Parlamentdə ratifikasiya olunaraq qanun statusu alan saziş çərçivəsində işlərə 1995-ci ildə start verilib. 20 sentyabr Azərbaycanda “Neftçilər günü” elan edilib. 


20 il bundan əvvəl dünyanın 8 ölkəsinin 13 neft şirkətiylə Azərbaycan hökuməti arasında “Azəri-Çıraq” və “Günəşli”nin dərinsulu hissəsinin işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi imzalanıb. Bu müqavilə xarici şirkətlərin Azərbaycanla yeni sazişlər imzalaması üçün geniş yol açdı. Neft strategiyasının həyata keçirilməsinin ilk illərində əvvəlcə Bakı-Novorossiysk kəməri yenidən quruldu, Bakı-Supsa boru kəməri inşa olundu. Daha sonra Bakı-Tiflis-Ceyhan əsas neft ixrac və Bakı-Tiflis-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək istismara verildi. 

Neft sektorunun inkişafı, Dövlət Neft Şirkətinin potensialının artması Azərbaycanın öz yataqlarında daxili imkanlar hesabına axtarış qazma işləri aparmağa imkan verib. Bu işlər nəticəsində təkcə son illərdə Xəzərin Azərbaycan sektorunda iki böyük qaz-kondensat yatağı kəşf olunub. “Ümid” yatağının karbohidrogen ehtiyatları 200 mlrd. kubmetr qaz, 30-40 mln. ton kondensat ehtiyatı, yeni aşkar edilmiş “Abşeron”un karbohidrogen ehtiyatları isə 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat həcmində qiymətləndirilir. Qarşıdakı illərdə “Naxçıvan”, “Babək”, “Şəfəq-Asiman” layihələri üzrə ciddi nəticələrin əldə olunacağı proqnozlaşdırılır. 1994-cü ildən bu vaxta qədər Azərbaycan neft qaz yataqlarının istismarına dair xarici şirkətlərlə 32 saziş imzalanıb. Proqnozlara görə, həmin sazişlər çərçivəsində ümumi sərmayə qoyuluşunun həcmi 60 milyard dollara çatacaq. Ümumilikdə, Azərbaycanda indi 60-dan çox yataq istismar edilir.

Neft strategiyasının son illər ölkəmizə gətirdiyi böyük dividentlərdən biri də Azərbaycanın beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. 1999-cu ilin iyununda ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdı.

2014-cü il sentyabrın 20-də isə Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirildi. 

Bununla da dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilən “Cənub” qaz dəhlizinin təməli qoyuldu.

Bu il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyuldu. TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq.

Göründüyü kimi, mənbəyini “Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial Azərbaycanı regionun neft-qaz dövlətinə çevirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam