Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Niyə neft 120 dollar olanda benzinin qiymətindən danışmırdılar?”

 

“Bir neçə il bundan qabaq 150 min ton Aİ-95 benzin satılırdısa indi bu göstərici 20-25 minə düşüb”.

"Xeberinfo.com":   Məlumata görə, bu sözləri Rövnəq Abdullayev Cüdo Federasiyasının yeni prezidenti seçilməsi ilə bağlı Milli Olimpia Komitəsində keçirilən tədbirdə deyib.

Benzinin qiyməti ilə bağlı verilən sualları da cavablandıran Neft Şirkətinin prezidenti son günlər bu barədə çox danışıldığını qeyd edib:

“Neft dünya bazarında 120 dollar olanda da qiymət bizdə belə idi, 50 dollar olanda da. Niyə 120 dollar olanda benzinin qiymətindən danışmırdılar? Bizdə benzinin qiyməti neftin 60 dollar olandakı qiymətinə bərabərdir, nə qalxıb, nə də ki, enib. Bizdə benzinin qiyməti dünya bazarı ilə tənzimlənmir, dövlət tənzimləyir. Endirmək mümkün deyil, çünki iqtisadiyyatımız sabitdir.

Benzinin qiyməti sırf iqtisadiyyatımıza hesablanıb. Aİ-95 benzinin qiyməti stabildir, indi əksəriyyət insan 92 benzindən istifadə edir. Ölkəyə gətirilən 95-98 benzin 6-7 il bundan əvvəl gətirilib və hələ də istifadə olunur. Bu növ benzinlər hər gün gətirilib satılmır. Bir neçə il bundan qabaq 150 min ton Aİ-95 benzin satılırdısa, indi bu göstərici 20-25 minə düşüb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam