Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Mənzillərin qiymətində bahalaşma olub

 

 

 

    "xeberinfo.com": 2013-cü il ərzində Bakının ilkin mənzil bazarında qiymətlər 28,9 faiz artıb. Bu barədə  "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

     Onun sözlərinə görə, yanvar ayında ilkin bazarda mənzilin bir kvadratmetri orta hesabla 889 dollar olub, dekabrda isə bir kvadratmetrin qiyməti 1146 dollara çatıb.

      N.İbrahimov deyib ki, ki, bahalaşma paytaxtda söküntü işlərinin genişlənməsi, eləcə də təklif porfelində ucuz mənzillərin payının tədricən azalması (bu, tikintinin həcminin azalması ilə bağlıdır) və müvafiq olaraq nisbətən daha bahalı mənzillərin payının artması ilə bağlıdır".

       Bir müddət əvvəl , ARDNŞ-nin "Аzəriqaz" İstehsalat Birliyi ötən il çoxmərtəbəli binaların qazlaşdırılmasını iki dəfə artırıb: 2013-cü ildə 30 374 mənzilin olduğu 149 yeni tikili istifadəyə verilib. 2012-ci ildə bu rəqəm 60 olub. Bu amil də qiymətlərin formalaşmasında rol oynayır.

    "MBA Group"un monitorinqinə görə, Bakıda ilkin daşınmaz əmlak bazarında qeyri-yaşayış binaları da bahalaşıb. Belə ki, ötən ilin sonuna bir kvadratmetrin dəyəri 2013-cü ilin yanvarındakı 2821 dollara qarşı 2907 dollar təşkil edib.

    Elit evlərin də qiymətləri artıb: əgər 2013-cü ilin yanvarında belə mənzillərin bir kvadratmetrinin dəyəri 2120 dollar təşkil edirdisə, keçən ilin sonunda qiymətlər 3339 dollara qədər artıb. Elit evlər ən çox Bakının Nəsimi və Yasamal rayonlarında bahalaşıb.

Ekspertin sözlərinə görə, ilkin mənzil bazarında mövcud vəziyyət ən yaxın aylarda qiymətlərin sabitləşməsindən (alıcı kontingentinin azalması) xəbər verir. Onun fikrincə, 2014-cü il ərzində qiymətlər altı-səkkiz faiz artacaq.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam