Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

SOCAR-dan qaz kəmərində baş verən partlayışla bağlı açıqlama

 

Avqustun 24-ü gecə saatlarında Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin Türkiyənin Qars vilayətinin Sarıqamış bölgəsindən keçən hissəsində yenidən partlayış törədilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) qaz boru kəmərinin partlayışın baş verdiyi hissəsinin operatoru olan və kəmərin mühafizəsi işini həyata keçirən Türkiyənin “Botaş” şirkəti ilə daimi əlaqədədir.

 

"Xeberinfo.com":   Məlumata görə, SOCAR-dan Modern.az saytına bildirilib ki, “Botaş” şirkətindən verilən məlumata görə, hazırda boru kəmərində təmir işlərinə başlanılıb və partlayışın səbəbləri araşdırılır. Boru kəmərində təmir işlərinin bir neçə gün davam edəcəyi qeyd olunub.

Bildirilib ki, avqustun 23-ü axşam saatlarından etibarən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” platformasından qazın hasilatı bərpa edilib. Platformanın tam gücü ilə işlənilməsi prosesi isə mərhələli şəkildə həyata keçirilir.

Xatırladaq ki, “Şahdəniz” layihəsinin operatoru olan bp şirkəti illik iş proqramına əsasən avqustun 2-dən “Şahdəniz” platformasının, həmçinin Səngəçal terminalındakı “Şahdəniz” qurğularının təxminən 20 gün ərzində planlaşdırılmış dayandırılması proqramını həyata keçirib. Plana uyğun olaraq profilaktik, inspeksiya və layihə işlərinin səmərəli aparılması məqsədilə “Şahdəniz” platformasından hasilat avqustun 2-dən başlayaraq tədricən azalmışdı.

Qeyd edək ki, avqustun 3-də də Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin həmin hissəsində partlayış törədilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam