Redaktor seçimi
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir-
Əhmədzadələrin Qaxdan İngiltərəyə uzanan biznes imperiyası-
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı:
  Kollec direktorunun başı dərddə-
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Günün xəbəri

"Mərkəzi Bank dollara tələbi azaltmağa çalışmalıdır"

 

`Qazaxıstanın üzən valyuta rejiminə keçidi, Rusiyada rublun ciddi məzənnə itirməsi, qardaş Türkiyədə lirənin “qara günləri” və qonşu Gürcüstanda larinin yavaş-yavaş silkələnməsi Azərbaycanda dollara tələbi artırıb`.

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə iqtisadçı, ekspert Vüqar Bayramov bildirib. 

`Bu gün apardığımız monitorinqlər göstərir ki, son 2 gündə xarici valyutalara tələb yüksəlməkdədir. Mərkəzi Bankı dolların manata rəsmi məzənnəsini son 3 gündə aşağı salmasına baxmayaraq valyuta dəyişmə məntəqələrində dollar məhdudlaşdırılmış ən yüksək kurs ilə təklif edilir. Belə ki, avqustun 19-da manatın dollara məzənnəsi 1.049 olsa da sonrakı 2 gündə uyğun olaraq 1.0486 və 1.0479 olub. Bu isə o deməkdir ki, avronun dünya bazarında möhkəmlənməsinə uyğun olaraq rəsmi kursda manat da dolları sıxışdırıb. 

Amma qonşu ölkələrdə milli valyutaların vəziyyəti rəsmi məzənnənin real valyuta dəyişmə məntəqələrində hiss edilməsinə imkan vermir. Manatın yenidən dəyər itirə biləcəyindən ehtiyatlanan vətəndaşlarımızın bir qismi yenidən xaricə valyutaya üz tuturlar. Əslində, Mərkəzi Bank dollara tələbi azatlmaq üçün banklardakı manat əmanətləri indeksasiyasını həyata keçirməlidir. Hələ bu ilin fevralın 9-unda Mərkəzi Banka əmanətlərin indeksasiyasını təklif etmişdim. Amma indeksasiya sisteminin tətbiq edilməməsi ötən müddətdə dollara tələbi artırmaqla manat əmanətlərin mərhələli həcminin azalmasına səbəb oldu. Buna görə də, Mərkəzi Bank mövcüd resurslardan və vasitələrdən istifadə etməklə dollara tələbi azaltmağa çalışmalıdır.

Çünki dollara yüksələn tələb Mərkəzi Bankın intervensiya xərclərini artırmaqla xarici valyuta rezervlərinin həcminə də təsir göstərə bilər. Bu isə, Mərkəzi Bankın valyuta bazarında tələbi qarşılama imkanlarının xeyli azaltmış olar. Hər zaman təklif etdiyim kimi, vətəndaşlarımız öz pullarını valyuta səbəti formasında saxlamaqla bütün potensial risklərdən sığortalanmış ola bilərlər`.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?