Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Azərbaycanda iqtisadi tənəzzül müşahidə olunacaq"

 

Azərbaycan iqtisadiyyatının neftdən olan asılılğı qaldırılmazsa, və anti-böhran tədbirləri həyata keçirilməzsə, Azərbaycan iqtisadiyyatını tənəzzül gözləyir. 

Samir Əliyev: “Yaxın zamanlarda Azərbaycanda iqtisadi tənəzzül müşahidə olunacaq. Buna görə də hökümət təcili anti-böhran tədbirləri görməlidir”
Vüqar Bayramov: “Beş ildən sonra Azərbaycan iqtisadiyyatı üçün neft faktoru həlledici faktor olmayacaq”
"Xeberinfo.com":    Məlumata görə, bunu öz proqnozlarında tanınmış iqtisadçı ekspertlər deyir.Neftin qiyməti durmadan aşağı düşməkdə davam edir. Bununla yanaşı Azərbaycanda neft hasilatı da sürətlə aşağı düşür. Azərbaycan iqtisadiyyatı əsasən neft üzərində formalaşdığını nəzərə alarsaq, 5 ildən sonra Azərbaycan iqtisadiyyatını nələr gözləyir? Beş ildən sonra iqtisadiyyatımız tənəzzül edəcək, yoxsa müəyyən artım səviyyəsini qoruyub saxlayacaq?
PİA.AZ-ın əməkdaşı bu suallarla iqtisadçı ekspertlər Vüqar Bayramov və Samir Əliyevə müraciət edib.

Samir Əliyev: “Azərbaycan iqtisadiyyatında hələki qeyri-neft sektoru lazımi inkişaf səviyyəsinə çatmayıb”.

Tanınmış iqtisadçı ekspert Samir Əliyevin fikrincə, Azərbaycanda artıq iqtisadi böhran özünü göstərir və anti-böhran tədbirləri həyata keçirilməsə beş il sonra iqtisadiyyatımız tənəzzülə uğrayacaq:
“Azərbaycan iqtisadiyyatı neftin üzərində qurulub. Bütün iqtisadi göstəricilərdə,  o cümlədən ümumi daxili məhsulun (ÜDM), formalaşmasında neft kifayət qədər üstün çəkiyə malikdir. Ümumi daxili məhsulun yarısı neftin hesabına formalaşıb, qeyri-neft sektoru hesab olunan digər yarısının da əsas lokomotivi neft hesab olunur. Əgər biz qeyri-neft sektorunu götürsək, görərik ki, məsələn  tikintinin, turizmin, kənd təsərrüfatının inkişaf büdcəsi neftin pulu ilə formalaşır. Yəni neftdən asılılıq yüksəkdir. 
İndiki dövrdə neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir. Hansı ki, biz bunu artıq görürük. Məsələn, tikinti sahəsi kəskin zəifləyib, maşın bazarında donmalar var, yol çəkilişi və  digər investisiya vasitəsilə həyata keçirilən işlər dayandırılıb. Banklarda ixtisarlar planlaşdırılıb, bəzi şirkətlər bağlanıb.  Artıq iqtisadi böhranın əlamətləri özünü göstərir. Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatında hələ ki, qeyri-neft sektoru lazımi inkişaf səviyyəsinə çatmayıb, bu o deməkdir ki, neft yaxın zamanlarda indiki qiymətdə qalarsa, Azərbaycanda iqtisadi artımdan danışa bilmərik. Yaxın zamanlarda Azərbaycanda iqtisadi tənəzzül müşahidə olunacaq. Buna görə də hökümət təcili anti-böhran tədbirləri görməlidir”. 

Vüqar Bayramov: “Azərbaycan iqtisadiyyatının vəziyyətinin necə olacağı birbaşa aparılan iqtisadi reputasiya işlərindən asılı olacaq”

Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, aparıcı iqtisadçı ekspert Vüqar Bayramova görə, ixracatda reputasiya aparılarsa, beş il sonra Azərbaycan iqtisadiyyatı neft faktoru əsas rola sahib olmayacaq:
“Əslində beş ildən sonra Azərbaycan iqtisadiyyatı üçün neft faktoru həlledici faktor olmayacaq. Bütün hallarda neftin qiymətinin azalması neft hasilatının və neft sektorunun iqtisadiyyatıdakı rolunun azalmasına gətirib çıxarır. Eyni zamanda praktik olaraq ölkə prezidenti də bəyan etdi ki, Azərbaycan nefti unudmalıdır və Azərbaycan iqtisadiyyatının inkişafı məhz qeyri-neft sektoru üzərində formalaşmalıdır. Bu baxımdan beş il sonra Azərbaycan iqtisadiyyatının mövcud payının indiki səviyyədə olacağı proqnozlaşdırılmır. Güman olunur ki, neftin iqtisadiyyatdakı payında azalmalar olacaq. Beş il sonra Azərbaycan iqtisadiyyatının vəziyyətinin necə olacağı birbaşa aparılan iqtisadi reputasiya işlərindən asılı olacaq. Son illər iqtisadiyyatın reputasiyası ilə bağlı ümumi daxili məhsulunda qeyri-neft sektorunun payınının artırılması ilə bağlı  bir sıra uğurlar əldə edilib amma bununla yanaşı, Azərbaycan iqtisadiyyatında neft sektorunun payı yüksək olaraq qalmaqdadır. Neft sektorunun payı yüksək olduğuna görə ixracatın reputasiyasına ehtiyac var. O zaman Azərbaycan iqtisadiyyatı beş il sonra indiki vəziyyətindən daha yaxşı ola bilər. Beş il sonra iqtisadiyyatın vəziyyəti iqtisadi reputasiya və  islahatlardan asılı olacaq. Əgər qeyri-neft sektorunun payının artırılması ilə bağlı islahatlar davam etdirilərsə, o zaman neft dominatı olmayacaq və bu imkan verəcək ki, Azərbaycan iqtisadiyyatı qeyri-nefts ektoru üzərində formalaşsın”
Pia.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam