Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rusiya iqtisadiyyatı geriləyir, valyuta ehtiyatları “əriyir”

 

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, 2015-ci ilin 1-ci yarısında Rusiya iqtisadiyyatının 3,4 faiz gerilədiyini söyləyib.
"Xeberinfo.com":   Məlumata görə,  Ulyukayev, 2016-cı ildə ümumi daxili məhsulun (ÜDM) 2 faiz artacağını gözlədiyini də ifadə edib.
Rusiyanın qızıl və valyuta ehtiyatları bir həftədə 1,7 milyard dollar azalıb.
Rusiya Mərkəzi Bankı tərəfindən verilən açıqlamaya görə, 359,9 milyard dollar olan ehtiyatlar 358,2 milyard dollara geriləyib.
Rusiyanın ehtiyatları 2011-ci ilin sonunda 497.4 milyard dollar, 2012-ci ilin sonunda 537,1 milyard dollar, 2013-cü ilin sonunda 508,5 milyard dollar, 2014-cü ilin sonunda isə 388,5 milyard dollar səviyyəsində idi.
Rusiya, dünyada valyuta ehtiyatları baxımından Çin, Yaponiya və Səudiyyə Ərəbistandan sonra dördüncü yeri tutur.
Qeyd edək ki, neftin qiyməti sürətlə aşağı düşür. Bu gün Brent nefti 53.39 dolları görüb. /”Marja”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam