Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Dollarla olan əmanətlərin faizi aşağı salındı

 

Azərbaycanın kommersiya bankları dollarda qəbul edilən əmanətlər üzrə faiz dərəcəsini kəskin aşağı salıblar

"Xeberinfo.com":   “Marja”nın məlumatında, əhalinin dollar əmanətinə axınının qarşısını almaq üçün xarici valyutada, o cümlədən dollarda yerləşdirilən əmanətlər illik 2-8% dərəcəsi ilə qəbul edilir. 
Halbuki bir müddət əvvəl, banklar manat və dollar hesablı əmanətlərinin faiz dərəcələrini 14%-dək qaldırmışdılar.
Məsələn, hazırda müddətindən asılı olaraq dollar hesablı əmanətləri Kapital Bank 2-6,5%-lə, AccessBank 3-5%-lə, Yapıkredi Bank Azərbaycan 2-5%-lər ilə qəbul edir. Digər banklar da, xarici valyutada qəbul edilən əmanətlər üzrə faiz dərəcələrini aşağı salıblar.
“Marja”ın banklardan əldə etdiyi məlumata görə, xarici valyutada yerləşdirilən əmanətlər üzrə faiz dərəcəsinin aşağı salınması tövsiyəsi Mərkəzi Bank tərəfindən verilib. Hazırda banklar manat ilə yerləşdirilən əmanətlərə daha yüksək faiz təklif edirlər. Manat ilə yerləşdirilən əmanətlər bankdan və müddətindən asılı olaraq 12-16%-lər ilə qəbul olunur. Qeyd edək ki, əhali devalvasiya ilə bağlı olaraq və manatın ucuzlaşacağından ehtiyat edərək əmanətlərini dollarda yerləşdirməyə üstünlük verir. Mərkəzi Bankın məlumatına görə, banklardakı əmanətlərin 70%-i xarici valyutadadır. Banklar xarici valyutada cəlb etdikləri vəsaitləri xarici valyutada da yerləşdirməlidirlər. Lakin dollar ilə verilən kreditlərə maraq azaldığından banklar dollarda cəlb etdikləri əmanətləri kredit şəkilində verməkdə çətinlik çəkirdilər. İndi dollar əmanətləri üzrə faiz dərəcələrinin azaldılması, manat əmanətlərinin isə yüksək faizlə qəbul edilməsi bankları rahatlaşdıra bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam