Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Manat dolları ötəcək?-İqtisadçıdan açıqlama

 

"Neftin qiymətinin yüksəlməsi Azərbaycanda milli valyutanın və maliyyə stabilliyinin qorunması baxımından müsbətdir"

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Ans press-ə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov söyləyib. mütəxəssis neftin bahalaşmasının ölkəmizə nə vəd edəcəyi haqqında fikirlərini açıqlayıb: 
“Bildiyimiz kimi Azərbaycanda neft ixrac edən ölkədir. Bunun üçün də ölkənin formalaşmasında neft sektorunun payı kifayət qədər yüksəkdir. Neftin bahalaşması Azərbaycan iqtisadiyyatı üçün birmənalı şəkildə müsbət təsirlərə malikdir. Nəzərə alsaq ki, bu bahalaşma dövlət gəlirlərində artıma nail olmaq üçün Azərbaycana imkan verir. Bu bahalaşma birmənalı şəkildə dövlət gəlirlərinin artmasına müsbət təsir göstərir. Neftin dünya bazarında qiyməti Azərbaycan üçün valyuta və maliyyə stabilliyi baxımından olduqca vacibdir. Nəzərə alsaq ki, manatın stabilliyi üçün ölkəyə daxil olan xarici valyutanın həcmi üçün də bu çox vacibdi. Manatın stabilliyi üçün əsas faktorlardan biridir", - deyə V.Bayramov bildirib. 
İqtisadçı hesab edir ki, dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycanda milli valyutanın və maliyyə stabilliyinin qorunması baxımından müsbətdir: "Bu həm də manatın dollara nisbətdə olan məzənnəsinin yüksəlməsini müşahidə etməyə imkan verəcək. Bütün faktorları nəzərə alsaq, neftin dünya bazarında qiymətinin yüksəlməsi Azərbaycan iqtisadiyyatı üçün müsbət təsirlərə malikdir”, - deyə mütəxəssis əlavə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam