Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Transxəzər layihəsinin taleyi qeyri-müəyyəndir”

 

“Transxəzər layihəsi ilə bağlı bir çox dəqiqləşdirilməmiş məqamlar var”.

"Xeberinfo.com":  Fins.az-ın məlumatına görə, bunu energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, son vaxtlar layihənin reallaşdırılması ilə bağlı Türkmənistan tərəfi fəallaşsa da, bu ölkənin təbii qazını dünya bazarına hansı yolla çıxaracağı hələ ki, qeyri-müəyyəndir. “Layihə ilə əlaqədar Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə dördtərəfli görüş keçirildi. Görüşdə Azərbaycan və Türkmənistandan başqa, Türkiyə də iştirak etdi. Türkmənistan prezidenti bildirdi ki, onlar Transxəzər kəməri ilə qazın Avropaya ötürülməsində çox maraqlıdırlar. Lakin onların tikdiyi Şərq-Qərb qaz kəməri də bu il istifadəyə veriləcək. Bu da o deməkdir ki, Türkmənistan qazı Xəzərin şərq sahilinə gətiriləcək. Lakin Transxəxər qaz boru kəmərini kim tikəcək, bu məsələ hələ aydın deyil. Aşqabad bəyan edir ki, onlar Avropaya 30 mlrd qaz satmağa hazırdılar. Buna baxmayaraq, bu hələ söz olaraq qalır, çünki bilinmir ki, onu hansı vasitəylə satacaqlar” – deyə o bildirib. Natiq Əliyev onu da deyib ki, Türkmənistan qazının alıcısı da məlum deyil: “Aİ-də hesab edirlər ki, bununla bağlı Avropa-Xəzər konsorsiumu yaradılmalı, burda Avropanın nüfuzlu enerji şirkətləri iştirak etməli və onlar bu qazın alıcısı kimi çıxış etməlidirlər. Beləliklə bu kəmərin tikintisi məsələləri həll olunmalıdır. Lakin bu məsələlər hələ aydın deyil. Bu iş çox vaxt apara bilər. Lakin biz 4 tərəfli daimi işçi qrupunun yaradılması haqda qərara qəbul etdik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam