Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Devalvasiya ilin sonuna qədər davamlı olacaq”

 

Bəzi ekspertlərə görə, milli valyuta devalvasiya olduğu zamanlarda pul bolluğu yaranmalıdır. Amma Azərbaycanda bu, baş vermədi və manat qıtlığı davam edir. 
"Xeberinfo.com":  Bəzi ekspertlər isə qeyd edir ki, milli valyutanın devalvasiyası iqtisadiyyatda dollarlaşma səviyyəsini artırır. Vətəndaşlar krediti manatla götürməyə çalışırlar. Banklar da krediti dollarla verməyə çalışır. Çünki həm yığdıqları vəsait dollarladır və həm də dollarla kreditləşmə riski aşağıdır. Belə olanda da banklarda manat qıtlığı yaranır.
Ekspert Samir Əliyevin sözlərinə görə, Mərkəzi Bank manatı qorumaq üçün ehtiyatındakı dolları satıb, dövriyyədəki manatı isə yığıb saxlayıb: “Həmin pul banklara, oradan isə iqtisadiyyata qayıtmalıdır. Hazırda pulun geri qayıtması mexanizmləri işləmir. Çünki ən azı inflyasiya amilinə görə Mərkəzi Bank bunda maraqlı deyil. Həm də bankların potensialı buna imkan vermir. Valyuta mövqelərində problemlər var”.
Yerli ekspertlər bildirirlər ki, manatın yumşaq devalvasiyası davamlı olacaq. Neft bahalaşmayacağı təqdirdə, manata təzyiqlər davam edəcək. 
Ekspert Natiq Cəfərlinin sözlərinə görə, manata yeganə təsir edən amil neftin qiymətidir: “Son 2 həftədə müvəqqəti də olsa, neftin qiymətinin 65 dollar civarında sabitləşməsi manatı uzun zaman 1,05 ətrafında saxlamağa yetərli deyil. Manatın sabitləşməsi üçün neftin qiyməti ən azı 85-90 dollara olmalıdır. Bu da mümkünsüzdür. Dollar bahalaşanda, İran bazara daxil olanda, artıq spekulyasiyalar da qiymətə təsir etməyəcək. 2015-ci ilin ortalama qiyməti 55-58 dollar arasında olacaq ki, bu da manata ciddi təzyiq edəcək. Manatın yumşaq devalvasiyası davamlı olacaq”.
Onun sözlərinə görə, Mərkəzi Bank əlində olan alətlərdən biri kimi manatın dövriyyəsini azaltmaq yolu tutsa da, bu, qısa müddət üçün təsirli olacaq: “Bununla Mərkəzi Bank ajiotajı, sərbəst manat kütləsini azaltmağa üstünlük verib. Bu da dollarla olan alış verişi azadır. Bu, qısa müddətli effekt verə biləcək alət olsa da, orta və uzun müddətdə effekt verməyəcək. Bazarda gözləntilər dolların qalxacağı yönündədir, devalvasiya gözləntiləri hələ də qalır. İnsanlarda ajiotaj var. Manatın dövriyyəsinin azalması uzun və orta müddət üçün ciddi effekt verməyəcək. Müəyyən müddətdən sonra Mərkəzi Bank digər alətlərdən də istifadə etməyə məcbur olacaq”.
Ekspertlərə görə, problem tək neftin qiymətinin dəyişməsi ilə bağlı deyil. Həm də hasilatda azalma baş verib. Son açıqlamalardan görünür ki, birinci rübdə neft hasilatında azalma olub. Qiymətin enməsi ilə paralel olaraq, ölkədə neftin istehsalı da azalır. Bildirilir ki, gələcəkdə də bu tendensiya davamlı olacaq. 
“İnanmıram ki, neftin qiyməti əvvəlki həddə qalxsa belə, dolların məzənnəsi 0,79 qəpiyə qədər enə bilsin. Belə bir ehtimal çox aşağıdır. Amma manatın məzənnəsində müəyyən stabilliyin yaranması üçün neftin qiymətinin azı 80 dollardan yuxarı olması şərtdir ki, Mərkəzi Bankın və Neft Fondunun üzərində də ciddi təzyiq olmasın”, - deyə ekspert Natiq Cəfərli qeyd edib. 
Onun sözlərinə görə, neft 80-90 dollardan yuxarı olarsa, manatın məzənnəsinin möhkəmlənməsi üçün şərait yarana bilər: “Çox təəssüf ki, neftin qiymətinin bu hədlərə qədər qalxması ehtimalı çox aşağıdır. Hətta bazarda neftin qiymətində son vaxtlar artım müşahidə olunsa da, bu, fundamental iqtisadi səbəblərlə bağlı deyil. Bu, geosiyasi və hərbi səbəblərlə bağlı oldu. Siyasi və hərbi hadisələr neftin qiymətində müəyyən dərəcədə yuxarı yönlü bir trend başlatdı. Amma bu da keçici təsirlərdir. Bir müddət sonra bu problemlər aradan qalxacaq. Bu problemlər aradan qalxdıqdan sonra yenidən bazar sırf fundamental iqtisadi məsələlərə nəzər yetirməyə başlayacaq. Burada da neftin qiymətinin yuxarı qalxması üçün heç bir əsas yoxdur. Əksinə, OPEK ölkələri, həmçinin, Rusiya hasilatı artırır. Amerikada hasilat getdikcə artır və artıq İranın da bazara girməsinə az zaman qalır. Bu da neftin aşağı hədlərdə saxlanmasına dəstək verəcək. Ona görə də manatın taleyi təbii ki, maliyyə nazirinin bu yaxınlarda açıqladığı kimi, dünya bazarında neftin qiymətindən asılı olacaq. Hətta indiki 65-70 dollar civarında olan qiymətlər qalsa belə, çox təəssüf ki, bu, manatın bahalaşması üçün kifayət deyil. Devalvasiya gedəcək. Kəskin devalvasiyaya isə Mərkəzi Bank getməz. Neftin qiyməti hətta indiki səviyyələrdə qalsa, 70 dollar olsa belə, bu, manatın sabitləşməsi üçün kifayət etmir”.
N.Cəfərli qeyd edib ki, bir müddət sonra yumşaq şəkildə də olsa, manatın dəyərsizləşməsi hiss ediləcək:“Mərkəzi Bankın elan etdiyi kurs da bu yöndədir. Çünki ikili valyuta səbətinə uyğunlaşdırılmış bir məzənnəyə - üzən məzənnəyə keçib. Bu da o deməkdir ki, manatın taleyi tək neftdən deyil, həm də avro ilə dollar arasında olan nisbətdən də asılı olacaq. Son dövrlərdə avronun dollar qarşısında dəyər qazanması Azərbaycan manatının çox cüzi də olsa, dollar qarşısında möhkəmlənməsinə səbəb olub. Amma bunun əksi olaraq, avro qarşısında manat ucuzlaşıb. Yaxın gələcəkdə yenidən dolların yüksəlişə keçməsi ehtimalı var. Dollar avro qarşısında yenidən dəyər qazanmağa başlayacaq. Bu zaman artıq neftin qiyməti ilə yanaşı, bu faktor da manata təsir göstərəcək. Və manatın yumşaq şəkildə dəyərsizləşməsi ilin sonuna qədər davamlı olacaq”.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam