Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Bakıda dollara təlabat kəskin azalıb"

 

“Azərbaycan neftinin qiyməti yaxın dövrlərdə hər barel üçün 70-80 dollar olarsa, bu, manatın dollara nisbətən daha da möhkəmlənməsinə gətirib çıxaracaq”.

"Xeberinfo.com":  Məlumata görə, bunu AzVision.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dolların son günlər manata nisbətən ucuzlaşması Mərkəzi Bankın intervensiya xərclərinin azaldılmasına gətirib çıxaracaq:

“Manata olan inamın mərhələli şəkildə bərpa edilməsi, dollarlaşmanın qarşısının alınması dövlət rezervlərinin həcminin qorunub saxlanması üçün doğru addımdır. Təbii ki, manatın mərhələli möhkəmlənməsi dollarlaşmanın qarşısını alan əsas faktdır. Bizim monitorinqlər onu göstərir ki, son 5 gündə valyutadəyişmə məntəqələrində dollara tələbat kəskin azalıb. Digər xarici valyutaları alanların da sayında kəskin azalmalar var. Son günlər Mərkəzi Bankın intervensiya xərcləri də buna uyğun olaraq azalıb”. 

İqtisadçının sözlərinə görə, yaxın dövr üçün 1 manatın 1 dollara bərabər olacağını proqnozlaşdırmaq çətindir: “Bunu həm zaman tələb edir, həm də xarici faktorlardan asılıdır. Mərkəzi Bank mövcud siyasəti davam etdirərsə, o zaman 1 dollar 1.04 manata qədər ola bilər. Təbii ki, bunun üçün iqtisadi əsaslar da var. Rusiyada rubl möhkəmlənir və bu dolların MDB ölkələrindəki milli valyutalara həm iqtisadi, həm də psixoloji təzyiqini azaldır. Eləcə də Azərbaycanın iqtisadi tərəfdaşı olan ölkələrdə aprel ayından başlayaraq milli valyutalarda stabillik müşahidə edilməkdədir. Bu da Azərbaycan manatının möhkəmlənməsi üçün zəmin yaradır. Son bir həftə ərzində manatın məzənnəsinin möhkəmlənməsi müşahidə olunur”. 

V.Bayramov qeyd edib ki, yaxın dövrlərdə Mərkəzi Bank uyğun məzənnə siyasətini davam etdirərsə, o zaman manatın dollara nisbətən bir qəpik möhkəmlənməsi mümkün olacaq.

“Sonrakı mərhələdə isə bu neftin dünya bazarındakı qiymətindən və digər xarici faktorlardan asılı olacaq. Daxili faktorlar isə stabildir. Çünki qeyri-neft sektorundakı artım tempi qorunub saxlanıb. Manatın möhkəmlənməsi üçün daxili iqtisadi zəmin var”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam