Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

“Banklar dollarla verdiyi kreditləri dollarla geri almalıdırlar“

 

Milli Məclisin İqtisadi-siyasət komitəsinin son iclasında kreditlərin qaytarılması ilə bağlı çıxış edən Elman Rüstəmov kreditlərin qaytarılması yönündə əhaliyə problem yaradan bankları qınadı

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə danışan İqtisadçı Hacızadə Nicat Elman Rüstəmovun çıxışı şərh edib: 
"Bildiyiniz kimi 1993-cü ildən etibarən Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və ölkədə apardığı iqtisadi-sosial islahatlar, əhalinin rifah halının yüksəldilməsi, maliyyə institutlarının yaradıması, ölkəyə xarici investorların cəlb edilməsi yönündə, o cümlədən Bank sisteminin formalaşması və özəl-müstəqil bankların yaradılmasına dövlət dəstəyi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə məlumdur. Xüsusi ilə Bank sistemini qeyd edərək, demək istəyirəm ki, Mikro və makro sabitliyin kökündə bir sıra istiqamətlər, o cümlədən Mərkəzi bankın fəaliyyəti dayanır.
Son zamanlar dollarla götürülmüş kreditlərin aqibəti və xüsusi ilə qaytarılması yönündə Mərkəzi bankın şərhi artıq hamıya məlumdur. Qeyd etmək istəyirəm, devalvasiya prosesindən sonra ən böyük problem sosial təbəqə üçün oldu ki, bazarda qiymətlərin qalxması ilə bərabər, kreditlərin əvvəlkinə nisbətdə daha çox məbləğlə qaytarılması dayanır. Təbii ki, əvvəlki məzənnə ilə kredit götürənlərə yeni məzənnə ilə qaytarmaq sərf etmirdi. Əksinə banklara isə əvvəlki məzənnə ilə kreditin qaytarılması sərf etmirdi. Təbii ki, bu tip məsələləri hüquqi prosedurlar həll edir ki, Mərkəzi bankın çıxışının şərh edərək deyə bilərəm ki, Elman Rüstəmovun çıxışı həqiqətən əhalinin sosial vəziyyətinə istiqamətlənib. Borclu qisimin çox hissi bu borcları qaytara bilməyib. 
Banklar dollarla verdiyi kreditləri dollarlada geri almalıdırlar.  Amma burada bir məsələ ortaya çıxır ki, biz yenədə dollarla kredit verəsi olsaq arxasında duran manat eynidir. Əhalinin əksər hissəsinin pul əlaqələri manatla aparılır.  Təbii bu bəyanatdan sonra devalvasiyadan əvvəl kimin əlində dollar var idisə və artıq dəyişdirmiyibsə həmin şəxslər pulunu həmin dollarla qaytarsalar onlara xeyirdi. Çünki o şəxslər zamanında həmin dollarları daha aşağı manatlarla (0.78-0.79 AZN) almışdılar. Bu gün isə artıq dollarla dəyişmək üçün əhali o dolları almaq üçün daha çox manat xərcləyəcək və nəzərə alsaq ki, əhalinin çox hissəsi artıq dolları manatı çevirib. 
Təbii məsələnin digər tərəfidə bu tipli islahatlar olarsa yığılan problemli kreditlərin həcmidə azalacaqdır.
Təbii ki, Mərkəzi bankın rəhbərinin son şərhindən sonra bankların təbbi ki siyasətlərinin necə dəyişdirəcəyi şübhəlidir. Mən sırf Bankların üzərinədə düşülməsinin əleyhinəyəm. Bank bir çox məsələlərdə öz risklərini nəzərə alır. Bu gün bir sıra banklar var ki, həqiqətəndə əhalinin vəziyyətini nəzərə alıb, kredit faizlərini aşağı salıb, əhaliyə rahat krediti ödəməsi üçün hər cür şəraiti yaradırlar".
Pia.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam