Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

MANATIN İKİNCİ DEVALVASİYASI GÖZLƏNİLİR

 

Qubad İbadoğlu: “Hər şey neftin dünya bazar qiymətindən asılıdır”

"Xeberinfo.com":   “Əgər neftin dünya bazar qiymətləri indiki səviyyədə və ya ondan aşağı olarsa, o halda manatın hətta ikinci devalvasiyası da mümkündür”.

qubad ANS PRESS-in məlumatına görə, bunu iqtisadçı Qubad İbadoğlu bildirib. O qeyd edib ki, hər şey neftin dünya bazar qiymətindən, Azərbaycana daxil olan valyutanın səviyyəsindən asılıdır.

Mütəxəssisin fikrincə, 2010-cu illə müqayisədə Azərbaycanda neft hasilatı 20 faiz aşağı düşüb: “Digər tərəfdən də qiymətlərin dünya bazarında ucuzlaşması 5rtson nəticədə Azərbaycanın valyuta gəlirlərini kəskin şəkildə azalmasını şərtləndirib. Manatın gerçək dəyəri ilə dolların faktiki dəyəri arasında hələ böyük fərq var. Bunu yəqin ki Azərbaycan Mərkəzi Bankı müəyyən dövr üçün intervensiya etməklə saxlamalıdır”.
İqtisadçı bir müddətdən sonra yenə də devalvasiya ilə qarşılaşacağımızı ehtimal edir. Q.İbadoğlunun proqnozlarına görə, istənilən halda manatın ucuzlaşması davam edəcək.

Onu da qeyd edək ki, son günlər Bakının valyuta dəyişmə məntəqələrində manatın ucuzlaşması və buna uyğun olaraq xarici valyutaların, xüsusən də ABŞ dollarının məzənnəsində artımlar müşahidə edilir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov ANS PRESS-ə bildirib ki, Novruz bayramında manat yenidən dəyər itirməkdədir. Mütəxəssis deyir ki, əksər valyuta dəyişmə məntəqələri Mərkəzi Bankın müəyyənləşdirdiyi 2 faizlik marjda ən yüksək kursu təklif edirlər:”Mərkəzi Bankın martın 19-da təsadüf edən sonuncu rəsmi məzənnəsində 1 ABŞ dolları üçün 1.0486 manat müəyyənləşdirilsə də əksər valyuta dəyişmə məntəqələrində dollar 1.067 manata təklif edilir. Apardığımız monitorinqlər göstərir ki, hələlik valyuta dəyişmə məntəqələri Mərkəzi Bankın manatın məzənnəsi ilə bağlı müəyyənləşdirdiyi limit-meyarlarına əməl etməyə çalışırlar”. 
manat_dollar_005Burada bir sual ortaya çıxır. Bəs, bayram günlərində manatın daha da ucuzlaşması nə ilə bağlıdır? Mütəxəssis bu sualı belə cavablandırıb: “Manatın kursunun aşağı düşməsi və dolların məzənnəsinin yüksəlməsi xarici valyutalara tələbin artması və əksinə xüsusən də dollar təklifinin azalması ilə bağlıdır. Novruz bayramında qeyri-iş günlərinin sayı çox olması xaricə istirahətə gedənlərin sayının artmasına səbəb olub. Xaricə gedən vətəndaşlarımız isə öz manatlarının bir qismini xarici valyutalara xüsusən də, dollara çeviriblər. Bu isə valyuta dəyişmə məntəqələrində xarici valyutalara tələbi artırıb”. 
İqtisadçının fikrincə, qeyri-iş günlərin uzun müddətli olması və bu müddətdə Mərkəzi Bankın və eləcə də kommersiya banklarının işləməməsi də valyuta dəyişmə məntəqələridə dollar qıtlığı yaradıb: “Mərkəzin Bank bayram günlərində, praktik olaraq, valyuta bazarına intervensiya etmir və baş bank dollara olan tələbin ödənilməsində “bayram günləri” götürüb. Kommersiya banklarının, demək olar, hamısının qeyri-rəsmi iş günləri fəaliyyət göstərməməsi də dollar təminatını xeyili aşağı salıb. Bu baxımdan, dollara artan tələbi heç də bütün valyuta dəyişmə məntəqələri qarşılaya bilmirlər. Güman edilir ki, növbəti rəsmi iş gününədək dolların məzənnəsi yüksək olaraq qalacaq. Yalnız Mərkəzi Bankın yenidən intervensiya baş verdiyi halda məzənnənin stabilləşməsi müşahidə etmək mümkün ola bilər”.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam