Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Azərbaycan qızıl maqnatı xərclərini kəskin azaldır və devalvasiyadan məmnundur

 

Azərbaycanın qərbində - Gədəbəydə mis-qızıl yataqlarını hasil edən və Britaniyada qeydiyyatdan keçmiş “Anglo Asian Minning” şirkəti manatın dollara nisbətdə 34 faiz dəyərdən düşməsindən sonra əsaslı xərclərini azaltdığını elan edib.

"Xeberinfo.com":  Məlumata görə, virtualaz.org saytı xəbər verir ki, şirkətin bu qərarı barədə məlumat “İnteraktiv investor” portalında yer alır.

Şirkət bildirir ki, hazırda əsas diqqəti Gədəbəydə yeni filizsaflaşdırma kombinatının tikintisinin başa çatdırılmasına yönəldib. Saatda 20 ton filiz saflaşdırmaq gücündə olan zavodun əsas binası artıq hazırdır, saflaşdırma xətlərinin quraşdırılması isə başa çatmaq üzrədir.

Zavod əvvəlcə mis filizini saflaşdırmaq üçün nəzərdə tutulsa da mühəndis işlərinin nəticələri orada qızıl və gümüş filizinin də emalının məqsədəuyğun olacağını göstərib.

Bu məqsədlə zavoda əlavə olaraq 1 milyon dollar kapital qoyulacaq, bununla da zavodun tikintisi 4,7 milyon dollara başa gələcək.

“Anglo Asian” bildirir ki, Azərbaycan manatının dollara nisbətdə devalvasiyası şirkətin 2015-ci ilin qalan dövrü üçün xərclərə qənaət etməsinə - əsaslı kapital qoyuluşunu 6,5 milyon dollar azaltmasına səbəb olacaq.

Şirkətin icraçı direktoru Rza Vəziri bununla bağlı bildirib: “Dünya bazarlarında neftin aşağı qiymətinin iqtisadiyyata təsirinin effektləri üzündən Azərbaycan manatının ABŞ dollarına nisbətdə bu günlərdə 34 faiz devalvasiyaya məruz qalması aydındır ki, Azərbaycan və onun xalqı üçün xoşagəlməz hadisədir. Ancaq öz məhsullarını ABŞ dollarına satan və xərclərinin böyük hissəsini Azərbaycan manatı ilə çəkən şirkət olaraq bu devalvasiya bizə müsbət təsir edəcək”.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam