Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Qarabağ" bu gün Kiprdə APOEL-lə qarşılaşacaq - AFİŞA

 

“Qarabağ” bu gün UEFA Avropa Liqasının (AL) qrup mərhələsində növbəti oyununu keçirəcək.

“Report” xəbər verir ki, Azərbaycan təmsilçisi IV turun görüşündə APOEL-in qonağı olacaq. Kiprin paytaxtı Nikosiyadakı “GSP Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Bu komandaların oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşmiş III tur matçında heç-heçə qeydə alınıb – 2:2. Qarşılaşmanın 13-cü dəqiqəsində Dani Kintana hesabı açsa da, 29-cu dəqiqədə Maksim Medvedev avtoqola imza atıb. 45+1-ci dəqiqədə Linus Hallenius qonaqları önə keçirdiyi halda, 58-ci dəqiqədə Ailton Silva son nöqtəni qoyub.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk turda İspaniyanın “Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzsa da, Lüksemburqda “Düdelanj”ı üstələyib - 4:1. APOEL isə evdə lüksemburqlulara 3:4, İspaniyada isə “Sevilya”ya 0:1 hesabı ilə məğlub olub.

Beləliklə, hesabında 4 xalı olan “Qarabağ” yer aldığı A qrupunda 2-ci sıradadır. Lider “Sevilya”nın 9, ikinci pillədəki “Düdelanj”ın 3, sonuncu yerdəki APOEL-in isə 1 xalı var.

APOEL indiyə qədər Avropa Liqasının qrup mərhələsində evdə keçirdiyi 10 oyundan 5-də qalib gəlib və 4-də uduzub. “Qarabağ” isə 13 matçdan 4-də qalib gəldiyi halda, 8 dəfə məğlub olub. Komandaların hərəyə 1 görüşü isə heç-heçə ilə yekunlaşıb. 

Meydan sahiblərinin heyətində argentinalı yarımmüdafiəçi Tomas de Vinsenti və sloveniyalı hücumçu Roman Bezyak zədəlidirlər. Ağdam komandasında isə xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə Azərbaycan millisinin hücumçusu Mahir Emreli eyni səbəbdən meydana çıxa bilməyəcək.

Qeyd edək ki, qrupun digər matçında “Düdelanj” “Sevilya”nı qəbul edəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, IV tur

21:55. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Manuel Şüttenqruber

Yan xətt hakimləri: Roland Brandner və Robert Ştaynaxer

Dördüncü hakim: Kristofer Joger (hamısı Avstriya)

Hakim-inspektor: Georgios Bikas (Yunanıstan)

UEFA nümayəndəsi: Ariel Kennet Şayman (İsrail)

Nikosiya, “GSP Arena”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam