Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

FIFA Braziliya futboluna 100 milyon dollar ayıracaq

 

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFА) Braziliya futbolunun inkişafına 100 milyon dollar ayıracaq.
"Xeberinfo.com":  Məlumata görə, Trend TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə FIFA-nın baş katibi Jerom Valke San-Pauluda keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, söhbət FIFA-nın Braziliyada dünya çempionatının keçirilməsindən əldə etdiyi vəsaitdən gedir: "Biz daim təkrar edirik ki, dünya çempionatı 30 turnir günü ilə məhdudlaşmır".
Valke deyib: "KİV-də belə iddialar ortaya çıxıb ki, FIFA gəlir, pul əldə edir və finaldan sonra az qala qaçaraq yoxa çıxır. Bu, doğru deyil. FIFA turnirlərin təşkil olunduğu bütün ölkələrdə futbolun inkişafı ilə bağlı öz üzərinə öhdəliklər götürür".
O vurğulayıb ki, keçən il DÇ oyunlarının keçirildiyi 12 stadion öz fəaliyyətini dayandırmır. Lakin, funksioner etiraf edib ki, bəzi idman arenalarından istənilən kimi fəal istifadə olunmur.
FIFA və Braziliya Futbol Konfederasiyasının nümayəndələrinin bildirdiyi kimi, 100 milyon dollarlıq vəsaitə xüsusi "DÇ İrsi Fondu" təşkil ediləcək. Onun prioritet vəzifəsi birinci və ikinci liqa komandalarına yardım, ölkədə qadın futbolunun inkişafı, həmçinin dünya birinciliyi matçlarının keçirildiyi Braziliya ştatlarında meydançaların abadlaşdırılması və yenidən qurulması olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam