Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Düdelanj""Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq

Bertran Krassonun müvəqqəti baş məşqçi olduğu Lüksemburq "Düdelanj"ındakı taleyinə "Qarabağ"la keçirəcəkləri UEFA Avropa Liqasının II tur matçından sonra aydınlıq gələcək.

Yenixeber.org:  Klubun idman direktoru Sofian Benzuan düzgün qərarın verilməsi üçün daha bir həftə gözləmələrinin gərəkliyini açıqlayıb. Lakin o, qərarın mütləq şəkildə nəticələrlə əlaqədar olmayacağını diqqətə çatdırıb. Benzuan Krassonun ən azı köməkçi-məşqçi kimi qalacağını əlavə edib.

"Düdelanj" Avropa Liqasında qrup mərhələsinin startı ərəfəsində Emilio Ferreranı baş məşqçi postundan istefaya göndərib. Komanda müvəqqəti olaraq, Krassona tapşırılıb. Onun rəhbərliyi altında "Düdelanj" ilk turda APOEL-i Kiprdə 4:3 hesabı ilə yenib. Lakin Lüksemburq Milli Divizionunun oyununda "Petanj"a 0:2 hesablı səfər məğlubiyyətindən sonra rəhbərlik baş məşqçi təyinatını təxirə salıb.

Qeyd edək ki, oktyabrın 3-də Lüksemburqdakı "Jozi Bartel" stadionunda keçiriləcək "Düdelanj" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam