Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

UEFA"Qarabağ"ı cərimələyib

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi "Qarabağ"ı cərimələyib.

Yenixeber.org:  Avropa futbol qurumunun mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb Ağdam təmsilçisinin iyulun 31-də "Dalğa Arena"da Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dandolk"unu 3:0 hesabı ilə məğlub etdiyi oyunda baş verənlərdir.

Qurum qarşılaşmanın ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsinə görə "Qarabağ"a 20 min avro (38 min manat) məbləğində cərimə kəsib.

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-ini (2:1, 0:2) keçə bilməyən "Qarabağ" çıxışını Avropa Liqasında davam etdirir. Azərbaycan çempionu Şimali İrlandiyada baş tutan ilk pley-off matçında "Linfild"ə 2:3 hesabı ilə uduzub. Cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam