Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Formula 1" : Böyük Britaniya Qran-prisi start götürüb

"Formula 1" üzrə mövsümün 10-cu Qran-prisi bu gün Böyük Britaniyanın Northemptonşir şəhərindəki "Silverstoun" trasında iki sərbəst yürüşlə start götürəcək. 

Yenixeber.org:  Hazırkı lider, "Mercedes" pilotu Lüis Hemiltonu vətənində baş verəcək. Ötən mərhələdə qalib adını əsas rəqib olan "Ferrari"nin pilotları yox, "Red Bull"un hollandiyalı sürücüsü Maks Ferstappen qazanıb. Bu dəfə isə Hemiltonun öz evində rekord sayda - 6-cı qələbəsini qazanmaq istəyi ilə alışıb-yanacağı şübhə doğurmur. Lakin "Ferrari"də çıxış edən almaniyalı Sebastyan Fettellə monakolu Şarl Lekleri də hesabdan silmək olmaz. Hərçənd, onlar hələ mövsümdə ilk qələbələrini əldə edə bilməyiblər. 

İyulun 13-də üçüncü sərbəst yürüş və təsnifat mərhələsi olacaq. Proqram iyulun 14-də Bakı vaxtı ilə saat 17:10-da başlanacaq yarışla yekunlaşacaq. 

Qeyd edək ki, Böyük Britaniya Qran-prisi ilk dəfə 13 may 1950-ci ildə keçirilib. Bu, həm də "Formula 1" tarixinə birinci Qran-pri kimi düşüb. "Silverstoun" avtodromunun sxemi indiyədək 9 dəfə dəyişib. Tras çətin, yüksək sürətli və çoxlu cəld döngələrə malikdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam