Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ronaldu Portuqaliyanın nüfuzlu ordenindən məhrum edilə bilər

 

"Biz müvafiq qərarı qəbul etməyi belə bir qanuni səlahiyyətlərə malik olanlara buraxmalıyıq".

 

Yenixeber.org: İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu vətəni Portuqaliyada İnfant don Enrike (Milli Cəngavər) ordenindən məhrum edilə bilər.

Bu barədə Portuqaliya prezidenti Marselu Rebelu di Souza açıqlama verib.

O, buna səbəb kimi İspaniya məhkəməsinin 34 yaşlı forvardı 23 aylıq həbs cəzasına və 18,8 milyon avro cəriməyə məruz qoymasını göstərib. Ronaldu ölkənin ən nüfuzlu mükafatlarından birini 2014-cü ildə alıb.

Prezident deyib: "Qanun çox sadədir: nazirlər baş verənlərin mükafatın itirilməsinə səbəb olub-olmaya biləcəyini həll etməlidirlər. Biz müvafiq qərarı qəbul etməyi belə bir qanuni səlahiyyətlərə malik olanlara buraxmalıyıq".

Ronaldu 2011 - 2014-cü illərdə İspaniya "Real Madrid"ində çıxış etdiyi vaxt dörd fərqli vergi cinayətinə yol verməkdə və dövlətə 14,7 milyon avro zərər vurmaqda ittiham olunub. O, cəzasını şərti çəkəcək. İspaniya qanunlarına əsasən, cəza müddəti 2 ili keçəcəyi təqdirdə, məhkum həbsxanaya aparılır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam